İşğaldan azad edilən ərazilərə səfərlər bərpa olunub? - RƏSMİ AÇIQLAMA
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işğaldan azad olunan ərazilərə - Şuşa, Ağdam və Füzuli rayonlarına müntəzəm avtobus marşrutları ilə 15, 16 və 17 sentyabr tarixlərinə nəzərdə tutulan səfərlərin təxirə salınaraq başqa tarixlərə keçirilməsi ilə bağlı açıqlama yaymışdı.
Bəs işğaldan azad edilən ərazilərə səfərlər nə vaxt bərpa ediləcək?
azxeber.com xəbər verir ki, məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, müntəzəm avtobus marşrutları ilə işğaldan azad edilən ərazilərə səfərlər qrafikə uyğun olaraq davam etdirilir.
Yalnız ötən həftə bir neçə səfər təxirə salınaraq digər tarixlərə keçirilib. Səfərlərin təxirə salındığı tarixlərdən 2 gün öncə bu reyslərin sərnişinləri ilə telefon əlaqəsi yaradılaraq bu barədə onlara məlumat verilib.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var