İşğaldan azad edilmiş ərazilərə sərnişindaşıma genişləndiriləcək - RƏSMİ
İşğaldan azad edilmiş ərazilərə sərnişindaşıma genişləndiriləcək - RƏSMİ
İşğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi, gələcəkdə yaranacaq tələbata uyğun olaraq digər istiqamətlər üzrə də sərnişindaşıma mərhələli şəkildə təmin ediləcəkdir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, 24 yanvar tarixindən etibarən Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə verilib. Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər isiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir. Füzuli Beynəlxalq Hava Limanı - Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareyslər ilə uzlaşdırılacaq.
İlkin mərhələdə işğaldan azad edilmiş ərazilərə getmək istəyənlərin sayının və tələbatın çox olacağı gözlənildiyindən vətəndaşlar hər istiqamət üzrə bir dəfə, yəni bir dəfə Şuşaya, bir dəfə Ağdama bilet ala bilərlər. Burada məqsəd bütün vətəndaşlar üçün bərabər və ədalətli şəraitin yaradılmasıdır. Real tələbat pik həddini keçdikdən və müvafiq qiymətləndirmələr aparıldıqdan sonra bu məhdudiyyətlər dərhal aradan qaldırılacaq. Müəyyən imtiyazlı şəxslərə ilkin mərhələdə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ Müharibəsi əlilləri aiddir.
İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus marşrutları üzrə daşımalara cəlb edilən nəqliyyat vasitələri GPS naviqasiya sistemi ilə təchiz edilib. Məqsəd avtobusların marşrut üzrə hərəkətinə və digər texniki-təhlükəsizlik parametrlərinə real vaxt rejimində nəzarətin təmin edilməsidir. Sistemin fəaliyyətinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən mərkəzləşmiş qaydada nəzarət həyata keçirilir.
Sərnişinlər avtobuslarda Daxili İşlər Nazirliyinin nümayəndəsi, həmçinin Regional İnkişaf İctimai Birliyinin könüllüləri və ASAN könüllər tərəfindən müşayiət edilir. /oxu.az

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir