İsgəndər Xəlilovdan xəbər var: Rusiya kanallarının hədəfə aldığı iş adamı ailəsi ilə bu ölkədədir
Tanınmış azərbaycanlı iş adamı İsgəndər Xəlilovun Rusiyadan Azərbaycana qaçması, hüquq-mühafizə orqanlarının onu sıxışdırması və ofislərində axtarış aparılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
KONKRET.az xəbər verir ki, Musavat.com-un əldə etdiyi məlumata görə, iş adamına yaxın şəxslər bildiriblər ki, İsgəndər Xəlilov hal-hazırda ailəsi ilə birlikdə Türkiyənin Bodrum şəhərində istirahət edir. Onun nə özü, nə də ailə üzvləri ilə bağlı hər hansı hüquqi problem və ya istintaq prosesi mövcud deyil.
Qeyd edək ki, son günlər Rusiya mediasında və bir sıra tirajlı teleqram kanallarında Xəlilovun oğluna məxsus olan "Railgo" şirkətinin Moskva ofisində guya hüquq-mühafizə orqanları tərəfindən axtarış aparıldığına dair məlumatlar yayılıb. Bu iddialar sonradan iş adamının özünün də guya ölkədən qaçdığı və təhlükədə olduğu barədə şayiələrin yayılmasına səbəb olub.
Lakin "Railgo" şirkətinin rəhbərliyi bu məlumatları rəsmi şəkildə təkzib edib. Şirkətin yaydığı bəyanatda bildirilir ki, 25 iyul 2025-ci il tarixində şirkətin heç bir obyektində istintaq və ya əməliyyat tədbiri həyata keçirilməyib və iş prosesi normal şəkildə davam edib.
Bununla paralel olaraq, İsgəndər Xəlilovun yaxın çevrəsi də yayılan məlumatların qərəzli və dezinformasiya xarakterli olduğunu bildirib. Onlar bu cür xəbərlərin iş adamının və ailəsinin nüfuzuna xələl gətirmək məqsədi daşıdığını vurğulayıblar.
Musavat.com hazırda İsgəndər Xəlilovla eyni şəhərədə olan tanınmış bir şəxslə əlaqə yarada bilib. O deyib ki, İsgəndər Xəlilovun sıxışdırılması xəbəri həqiqətə uyğun deyil: "Az öncə onunla birlikdə idim. Kofe içdik, danışdıq. Nə özünün, nə də ailəsinin heç bir problemi yoxdur. Xeyli müddətdir ailəsi ilə birlikdə əvvəlcədən planlaşdırdığı Bodrum tətilindədir"
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq