İŞİD liderlərindən biri Gürcüstanda tutuldu
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Terrorla Mübarizə Mərkəzinin keçirdiyi xüsusi əməliyyat tədbirləri nəticəsində İŞİD terror təşkilatının qruplaşmalarından birinin rəhbəri, Gürcüstan vətəndaşı Malxaz Paksaşvili saxlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan DTX məlumat yayıb.
Məlumatda bildirilib ki, Terrorla Mübarizə Mərkəzi, Gürcüstan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə keçirdikləri tədbirlər nəticəsində Paksaşvilinin 2013-cü ildə Gürcüstanı tərk etdiyi müəyyən edilib. Həmin şəxs Suriyaya gedərək İŞİD terror təşkilatına qoşulub. O, 2013-2015-ci illərdə qondarma "Hərbi əmirlər – Sezar və Tsikara Toxoşaşvili qardaşlarının qrupu"na daxil olub, adıçəkilən terror təşkilatının həyata keçirdiyi hücumlarda və hərbi əməliyyatlarda fəal iştirak edib.
Saxlanılan şəxsin İŞİD-in yüksək rütbəli hərbi komandirləri və həmin terror təşkilatının qruplarından birinin üzvləri ilə sıx əlaqələri olub. O, "müavin" vəzifəsini tutub.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 328-ci maddəsi ilə (xarici terror təşkilatına qoşulma və terror fəaliyyətinə köməklik göstərmə) cinayət içi başlanılıb. M.Paksaşvilini 10 ildən 17 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. /Yenisabah.az

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır