İŞİD niyə Beyrutu partlatdı? - TARİXİ VƏ SİYASİ MƏQAMLAR

İŞİD niyə Beyrutu partlatdı? - TARİXİ VƏ SİYASİ MƏQAMLARİŞİD terror təşkilatının süquta uğradığı açıqlandıqdan sonra regionda ən böyük terror hadisəsi ötən gün Livanın paytaxtı Beyrutda qeydə alındı. Hadisə nəticəsində 100-dən çox adamın öldüyü, 4 minə yaxın insanın yaralandığı bildirilir. Terror aktının məsuliyyətini İŞİD öz üzərinə götürüb.
Publika.az xəbər verir ki, bu cür genişmiqyaslı partlayışın niyə məhz Beyrutda həyata keçirildiyi maraq dairəsindədir.
Aralıq dənizinin ən böyük limanlarından birinə sahib Beyrut həm də bununla ölkə iqtisadiyyatının şah damarını özündə daşıyır. Livanın ana ticarət damarı olan Beyrut limanı bölgənin ən işlək ticarət mərkəzlərindən biridir.
Beyrut limanı hansı tarixdən xidmət edir?
Liman Roma İmperiyası dövründən bəri Livan və Suriyanı əhatə edən Levant bölgəsinin tarixi boyunca regional ticarət mərkəzi və Şərqlə Qərb arasında əhəmiyyətli iqtisadi əlaqə nöqtəsi olub.
Bu əhəmiyyət Aralıq dənizini Yaxın Şərqə bağlayan və Asiya ilə Afrika qitəsinin keçid nöqtəsində yerləşən strateji mövqedə olmasından qaynaqlanır.
Osmanlı dövründə - 1894-cü ildə genişləndirilərək açılan liman 1925-ci ildə bir müddət fransızların nəzarətində olub. 1960-cı ildə isə livanlıların hakimiyyətinə keçib. Livanda 1975-ci ildə başlayan vətəndaş müharibəsi zamanı ciddi zərər görən liman döyüşlərin başa çatdığı 1990-cı ildən bəri bərpa və genişlənmə mərhələsinə daxil olub.
Limanın infrastrukturu və sahib olduğu imkanlar
Beyrut limanı konteyner, avtomobil, quru və maye yük və anbar müəssisələri daxil olmaqla, həm sərnişin, həm də yük terminalları ilə 1,2 milyon kv.km ərazidə yerləşir.
Limanın ümumi yük sahəsi 12 anbardan ibarətdir. 120 min tonluq taxıl anbarı da mövcuddur. Liman ildə 1,2 milyon konteyner daşımaq imkanına sahibdir.
Ümumi su hövzəsi 1,2 milyon kubmetrdir. Strateji yeri və imkanlarına görə liman dünyanın ən böyük gəmi şirkətləri tərəfindən transfer mərkəzi olaraq istifadə olunur. Ölkəyə gələn idxal məhsullarının giriş nöqtəsi məhz Beyrut limanıdır.
Beyrut limanının strateji əhəmiyyəti
Beyrut limanı Aralıq dənizinin ən əhəmiyyətli nöqtələrindən biri və ölkənin dəniz yolu ilə dünyaya açılan qapısıdır.
BMT Ticarət və İnkişaf Konfransının (UNCTAD) 2018-ci ildə yayımladığı "Göndərmə Bağlantı xətti" indeks hesabatına görə, liman sərgilədiyi performans səbəbilə dünya miqyasında 171 liman arasında 38-ci pillədə yer alıb.
Regional səviyyədə Beyrut Yaxın Şərqdəki liman ölkələri arasında eyni indeksdə 6-cı yerdə qərarlaşıb. Liman geostrateji mövqeyi etibarilə İordaniya, Səudiyyə Ərəbistanı, İraq və digər körfəz ölkələrinin Aralıq dənizi ilə əlaqəsini təmin edən nöqtələrdən biridir.
Limanın Livan iqtisadiyyatına faydası
Limanın rəsmi bilgilərini paylaşan "portdebeyrouth" saytının məlumatına görə, Beyrut limanı ölkə iqtisadiyyatına 2005-ci ildən bəri artan rəqəmlərlə fayda verir. 2005-ci ildə bu rəqəm 89 milyon ikən 2017-ci ildə 313 milyon dollara çıxıb. 2005-ci ildə ölkə büdcəsinə 14 milyon dollar fayda verən liman 2017-ci ildə bu rəqəmi 124 milyona yüksəldib.
Liman bir çox beynəlxalq gəmi nəqliyyatı firmasının ölkədə fəaliyyət göstərməsinə vəsilə olaraq xarici investisiyanı cəlb edir.
Zümrüd

Dünya       Tarix: 05 avqust 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər

Dünyada koronavirusa yoluxanların sayı 290 milyonu ötdü

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 290 milyonu, ölənlərin sayı isə 5,44 milyonu ötüb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. ÜST-ün məlumatına görə, 290 959 53

İsrail bu şəxslərə "yaşıl işıq" yandırdı - Ölkəyə daxil ola bilərlər

İsrail yanvarın 9-dan vaksinasiya olunmuş və ya COVID-19-dan sağalmış turistlərin ölkəyə daxil olmasına icazə verəcək. xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bu, "narınc

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

80 il əvvəl yoxa çıxan sualtı qayıq TAPILDI

Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl yoxa çıxan italyan sualtı qayığını tapıblar. xəbər verir ki, bu barədə "Ekspress" məlumat yaydı. Bildirilib ki, "Jantina" sualtı qayığı göyərtəsind

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68

2021-ci ilin ən DƏHŞƏTLİ MÜHARİBƏLƏRİ: yüz minlərlə ölü... - SİYAHI

2021-ci ildə baş verən müharibələr yüz minlərlə insanın ölümünə səbəb olub. ABŞ-ın savaş qurbanlarının sayına görə "Müharibə Statistikaları Analitik Mərkəzi"nin sıraladığı və yayımladığı siyahını təqdim edir:. Birinc

"Taliban"la Türkmənistan sərhədçiləri arasında TOQQUŞMA

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub. Bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti yazıb. Qəze

ABŞ Rusiya ilə razılaşmaya görə BU ÖLKƏLƏRİ qurban verəcək - ŞOK İDDİA

ABŞ Rusiya ilə strateji razılaşmaya Baltikyanı ölkələri qurban verə bilər. xəbər verir ki, bu barədə amerikalı analitik Devid Payn "The National Interest" jurnalında dərc olunan məqaləsində qeyd edib. Nəşrdə eksper


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər bugün butun xeberler bugunun xeberleri xabarlar