İskenderunda qəhrəmanlığı ilə gündəm olan azərbaycanlı təxliyə edilib - FOTO

İskenderunda qəhrəmanlığı ilə gündəm olan azərbaycanlı təxliyə edilib - FOTOTürkiyədə baş verən dəhşətli zəlzələdən sonra Hatayda insanların həyatını xilas edən azərbaycanlının qəhrəmanlığı gündəm olub.
KONKRET.az xəbər verir ki, İlham adlı şəxs Hatayın İskenderun şəhərində qonaq olub. Hotellərin birində gecələyən İlham zəlzələdən sonra orada bağlı qapılar arxasında qalan şəxsləri xilas edib.
İskenderunda qəhrəmanlığı ilə gündəm olan azərbaycanlı təxliyə edilib - FOTOSelcuk Aytimur adlı Türkiyə vətəndaşı bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib. S.Aytimur həmin azərbaycanlını axtardığını və ona can borcunun olduğunu söyləyib. Onun paylaşımını olduğu kimi təqdim edirik:
"Zəlzələ zamanı bir azərbaycanlı dostum məni bağlı qaldığım otaqdan qapını sındıraraq xilas etdi. Hotel işçilərindən heç kim yox idi. Pəncərədən baxanda aşağıdan qışqırıq səsləri gəlirdi. Qonşu 10 mərtəbəli bina yolun ortasına uçmuşdu. Nə qədər qışqırsam da, cavab verən olmadı. Birdən hoteldə qonaq olan azərbaycanlı, İlham adlı şəxs harayıma çatdı. O, 7-ci mərtəbədə qalırmış. 15 dəqiqə sonra qapını sındırdı. Birlikdə 13-cü mərtəbədən altıncı mərtəbəyə endik. İlham "O mərtəbədə bir avstraliyalı da var, gəlin onu da xilas edək", – dedi. O, qapını açmaq üçün təpikləyəndə mən kətil tapıb gətirdim, onunla vurmağa başladı. Sonra mənə dedi ki, get, qardaş, burada gözləmə… Çünki təzyiq artırdı. Əlimdə iki çanta ilə altı mərtəbəni təngnəfəs düşdüm. Vestibül tanınmaz hala düşmüşdü. Toz qar fırtınası kimi sovrulurdu. Özümü çölə atdım. Hotel işçilərindən heç kim yox idi. Əminəm ki, İlham o avstraliyalını da mütləq xilas etdi. Soyadını soruşmağı unutmuşam. Ona həyatımı borcluyam".
Azərbaycanın Türkiyədəki səfirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həqiqətən də, İskenderunda hoteldə qalan İlham adlı şəxs zəlzələ anında orada olub.
"Həmin şəxs İlham Vahiddir. O, səfirlik tərəfindən təxliyə edilərək Azərbaycana göndərilib. Artıq Azərbaycandadır".

Hadisə       Tarix: 09 fevral 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üçü eyni ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb. trend- ə istinadən xəbər verir ki, qəza rayonun Arazbar kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdl

"Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR

Paytaxtın Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası baş

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki

Tovuzda 46 yaşlı kişini maşın vurdu

Tovuzda piyadanı maşın vurub. xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Asif Ələsgərovu avtomobil vurub. Piyadanın vəziyyəti ağır qiymətləndirilir. Hadis

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə

Sumqayıtda əməliyyat: "falçı" saxlanıldı

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. KONKRET.azxəbər verir ki, Sumqayıt şəhərində polisi


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən xəbərlər hava durumu novruz bayramı xabar az