İsmayıllıya sel gəldi: Lahıc yolu bağlandı
İsmayıllıda sel fəlakəti bir sıra fəsadlar törədib.
Lahıc yolu daşqınlar səbəbindən bağlanıb.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında faktı təsdiq edib.
O bildirib ki, gecə saatlarından gələn sel və daşqınlar Lahıc yolunda hərəkəti məhdudlaşdırıb:
"Gecə saatlarından yol bağlanıb. Qurumun əməkdaşları məlumat daxil olan andan əraziyə göndəriliblər, orada işlər gedir. Lahıc yolunun bir neçə hissəsində iri qaya parçaları yola tökülüb. Əməkdaşlar həmin qayaların yoldan kənarlaşdırılması istiqamətində tədbirlər görürlər. Yaxın 1 saat ərzində Lahıc yolunda hərəkətin bərpa olunması gözlənilir".
Əldə etdiyimiz məlumata görə, sel və daşqınlar səbəbindən İsmayıllı rayonunun bir hissəsində elektrik enerjisinin və qazın verilişində də problem yaranıb. / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır