İspaniya əcnəbilərin ölkədə işləməsini asanlaşdıran qanun layihəsini TƏSDİQLƏDİ
İspaniyada hökumət əcnəbilərin ölkədə qanuni işləməsini asanlaşdırmaq üçün immiqrasiya qanun layihəsini qəbul edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İspaniya sosial təminat və miqrasiya naziri Xose Luis Eskriva deyib.
Nazir qeyd edib ki, yeni qanun layihəsi ölkədə iki il və daha çox müddətə yaşayan əcnəbilər üçün qanuni əmək bazarında "körpü" rolunu oynayacaq.
Eskriva bildirib ki, yeni düzəliş qanuni və təhlükəsiz miqrasiyanı təşviq etmək məqsədi daşıyır.
Belə ki, ölkədə 2 il və daha çox yaşayan əcnəbi işçilər tələb olunan sektorlarda iş üçün müvəqqəti yaşama icazəsi alacaqlar.
Bundan əlavə, əcnəbi tələbələr təhsillərinin sonunda 3 il gözləmədən İspaniyada həftədə 30 saata qədər işləyə biləcəklər.
Sözügedən islahatın mövsümi miqrant işçiləri əhatə edəcəyi bildirilsə də, əvvəlki prosedurların ləng və qeyri-effektiv olduğu vurğulanıb.
Qeyd edək ki, İspaniyada 500 minə yaxın insan qeyri-rəsmi işləyir.
İqbal Rzayev,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

"Azercell" AWS ilə təlimlər təşkil edib
Yasamalda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub
Yağıntılar nə vaxt kəsəcək? - AÇIQLAMA
Bu smartfon modelləri yeniləmə dəstəyini itirəcək - XƏBƏRDARLIQ
Ankara sammitində nələr müzakirə olunacaq? – NATO-nun kritik gündəliyi
AZAL Türkiyənin 9-cu şəhərinə uçuşlara başlayır
Elçin ayrılığın dilindən oxudu - "Olmaz olaydı" təqdim olundu
Balakən sakinini sel apardı
Putindən Krımla bağlı GÖSTƏRİŞ - Nə baş verir?
Rusiyada bu yanacaq növü də qadağan edildi
Ərdoğandan ABŞ ilə bağlı önəmli AÇIQLAMA
Ağdamda açıq ərazidə yanğın başladı
Gədəbəydə evdən 61 yaşlı qadının meyiti tapıldı
Müharibə yenidən alovlandı: İranda 80 hədəf VURULDU
SON DƏQİQƏ! Netanyahu Təhlükəsizlik Şurasını təcili iclasa çağırdı - İrana hücum