"İsrail bu sistemləri Ukraynaya verməklə Rusiya ilə münasibətləri pisləşdirəcək" - MEDİA
İsrail Ukraynanı erkən xəbərdarlıq sistemləri ilə təmin etmək üçün işə başlayıb.
KONKRET.az xəbər verir ki, söhbət potensial olaraq hansı bölgələrin raket və dronlardan hücuma məruz qalacağı barədə daha dəqiq məlumat verə biləcək xəbərdarlıq sistemlərindən gedir.
"Business Insider" nəşrinin məlumatına, bu addım İsrailin xarici siyasətində böyük dəyişikliklərdən xəbər verə bilər. Xarici jurnalistlərin fikrincə, bu bəyanat potensial olaraq Rusiya ilə münasibətləri pozacaq.
Ukrayna hansı xəbərdarlıq sistemini ala bilər?
Nəşr, bunun İsrailin ən qabaqcıl hava hücumundan müdafiə sistemi sayılan dəmir günbəz olmadığını iddia edir.
Söhbət mərmi atılması üçün potensial ərazilər barədə daha dəqiq məlumat verəcək xəbərdarlıq sistemindən gedir.
Nəşr göstərir ki, bu, Rusiyanın raket və dron hücumlarından insanların həyatını xilas etməyə kömək edəcək erkən xəbərdarlıq radar sistemi "Tzeva Adom" ola bilər. Oxşar sistem artıq İsraildə sınaqdan keçirilib və sakinləri hava təhlükəsi barədə xəbərdar edir.
Qeyd edək ki, indiyədək İsrail hökuməti Ukraynaya hərbi yardım göstərməyib və Qərbin Rusiya Federasiyasına qarşı sanksiyalarına qoşulmayıb.
Burhan,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"