İsrail COVID-19-dan sağalmış əcnəbilərin ölkəyə girişinə icazə verəcək
İsrail COVID-19-dan sağalmış əcnəbilərin ölkəyə girişinə icazə verəcək
Yanvarın 9-dan İsrail hökuməti koronavirusa yoluxmuş və peyvənd olunmuş əcnəbilərin ölkəyə girişinə icazə verib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib.
"Baş nazir və xarici işlər, səhiyyə, daxili işlər, turizm və nəqliyyat nazirləri belə qənaətə gəliblər ki, bazar günü, yanvarın 9-dan etibarən "narıncı" ölkələrdən (orta yoluxma səviyyəli – red.) peyvənd olunmuş və COVID keçirmiş əcnəbilər ölkəyə giriş icazəsi ala biləcəklər", - deyə qurumun məlumatında bildirilir.
Qeyd edək ki, Azərbaycan da "narıncı" ölkələr siyahısındadır.
Səhiyyə Nazirliydən bildirilir ki, gələnlər bir sıra şərtləri yerinə yetirməli olacaqlar; təyyarəyə minməzdən əvvəl, hökumətin saytında onlayn anket doldurmalı, PCR və ya antigen testini verməli, İsrailin girişində PCR testindən keçməli və mənfi nəticə əldə olunana qədər 24 saat ərzində təcrid olunmalıdır.
"Qırmızı" ölkələrdən (xəstəliklərə yoluxma halları yüksək olan) əcnəbilərin ölkəyə girişi qadağan olunacaq. Hazırda İsrail Səhiyyə Nazirliyi ABŞ, Böyük Britaniya, Türkiyə, Meksika və İsveçrə də daxil olmaqla 15-ə yaxın ölkəni "qırmızı"lar siyahısına daxil edib.
Mənbə: RİA Novosti /oxu.az

Faiq Ağayevə ağır itki üz verdi
Azərbaycanda nə qədər işsiz var?
Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU
Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ
Mirziyoyev İlham Əliyevi təbrik etdi
Yeniyetmə bacı-qardaş göldə batdı - Qızın meyiti tapıldı
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan xəbər var - FOTO / Yenilənib
Ağcabədidə ağır qəza: yaralılar var
"Əbədi dostluq haqqında Müqavilə" imzalandı - FOTOLAR
Azərbaycanda ən çox bahalaşan ərzaq məhsulları - SİYAHI
Yunanıstan Azərbaycandan neft idxalını artırıb
Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə
Əlillik pensiyasından yaşa görə pensiyaya keçid: Hansı məbləğ daha sərfəlidir?
"Fənərbaxça"dan Taliska açıqlaması
Azərbaycanda şəkər və qənd istehsalı 31 %-ə yaxın artıb