İsrail girov götürülmüş şəxslərin sayını açıqladı
Qəzza zolağının HƏMAS partiyasının hərbi qanadının hücumu nəticəsində 212 nəfər girov götürülüb.
KONKRET.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Daniel Hagari açıqlayıb.
Onun sözlərinə görə, girov götürülənlərin ailələrinə bununla bağlı məlumat verilib.
İsrail Müdafiə Qüvvələri daha əvvəl HƏMAS-ın 200-dən çox adamı girov götürdüyünü bildirmişdi.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və "Əl-Əqsa daşqını" əməliyyatının başladığını elan edib. İsrailin cavab əməliyyatı "Dəmir qılınclar" adlanır. Əməliyyatın məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsidir. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın yüzlərlə hədəfinə zərbələr endirib.//Modern.az

"Sabah" "Zirə"ni darmadağın etdi
iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi
Qonşu ölkədə dollar kəskin bahalaşdı
Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ
Neymar 6 həftə oynamayacaq
Daha bir cüdoçumuz Avropa çempionu oldu
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
"Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb - "Euronews"
Yeddi nəfərə qarşı 80 min manatlıq dələduzluq edilib
Ağdamda traktor minaya düşdü
"Ermənistanın gələcəyi məni maraqlandırmır" – Putinin Paşinyana mesajı belə olub?
Xaçaturyanın 44 günlük müharibə ilə bağlı açıqlaması düzəldildi – "Səhv edilib"