İsrail-İran müharibəsi necə bitəcək? - İLGİNC SSENARİ

İsrail-İran müharibəsi necə bitəcək? - İLGİNC SSENARİ"Hazırda İsrail və İran arasında baş verən silahlı qarşıdurma klassik mənada müharibə kimi dəyərləndirilmir. Tərəflərin quru əməliyyatlar keçirməməsi və aralarında birbaşa sərhəd bağlantısının olmaması bu vəziyyəti fərqli formatlı münaqişəyə çevirir. Hazırda əsasən ballistik raketlər və hava zərbələri vasitəsilə qarşılıqlı hücumlar həyata keçirilir. Bu müharibə modelində konkret işğal və ya qələbə faktoru müşahidə olunmur, əsas hədəf bir-birini iqtisadi və siyasi baxımdan zəiflətməkdir. Tərəflər bəzən birbaşa mülki obyektləri hədəfə alır, bu da beynəlxalq ictimaiyyətdə narahatlıq doğurur".
Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Turan Rzayev səsləndirib:
İsrail-İran müharibəsi necə bitəcək? - İLGİNC SSENARİ"İsrailin əsas məqsədi İranın öz ərazisinə zərbə endirməsinə nail olmaq idi. Son hücumlarda İsrailin İranın strateji hərbi obyektlərini və yüksək rütbəli şəxslərini hədəfə aldığı bildirilir. Bununla İsrail, İranın cavab olaraq onun mülki obyektlərinə zərbə endirməsinə şərait yaradıb. Paylaşılan bəzi görüntülər İsrailin də mülki infrastrukturunun hədəfə alındığını təsdiqləyir. İsrail bu vəziyyətdən istifadə edərək beynəlxalq ictimaiyyətdə İran rejiminə qarşı müdaxilə zərurəti barədə fikir formalaşdırmağa çalışır.
İran tərəfinin məqsədi isə daha aydındır, nüvə silahı əldə etmək. Bu məqsəd uğrunda İran beynəlxalq nüvə danışıqlarında üstün mövqedən çıxış etməyə çalışır. Lakin İsrailin hava hücumları və ABŞ-ın dolayı dəstəyi ilə bu mövqeyin zəiflədilməsi hədəflənib".
Politoloq qeyd edir ki, ABŞ prezidenti Donald Tramp bu qarşıdurmada birbaşa müharibəyə girmək niyyətində deyil.
"Tramp administrasiyası daha çox ABŞ iqtisadiyyatının gücləndirilməsinə fokuslanıb. Müharibə xərclərinin çox yüksək olması səbəbilə ABŞ silahlı müdaxilədən çəkinir. Bununla belə, İsrailin İrana zərbə endirməsinə dolayı razılıq verilməsi, Vaşinqtonun İranın nüvə məsələsindəki sərt ritorikasını yumşaltmaq istəyi ilə əlaqəlidir.
İsrailin Baş naziri Benyamin Netanyahunun Trampa verdiyi siyasi dəstək qarşılığında belə bir imkan əldə edilib. İsrail-İran qarşıdurması həm də iki ölkə arasında "enerji boşalması" üçün bir fürsət kimi qiymətləndirilir".
Ekspert qarşıdurmanın keçən ilki gərginliklərə bənzədiyini və bu dəfə daha uzunmüddətli və dağıdıcı ola biləcəyini bildirir.
"Hələlik İrana qarşı beynəlxalq miqyaslı hərbi müdaxilə gündəmdə deyil. Lakin mövcud İran rejiminin Qərbin maraqlarına uyğun gəlmədiyi səbəbilə, yaxın gələcəkdə rejim dəyişikliyi istiqamətində təzyiqlərin artacağı istisna olunmur.
Ən sonda isə müharibənin hər iki tərəfin iqtisadiyyatına və sosial sabitliyinə zərər vurması, ictimai narazılıqların artması səbəbilə ya birtərəfli şəkildə, ya da ABŞ-ın vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı, Türkiyə, Oman, hətta Azərbaycan kimi ölkələrdə təşkil olunacaq görüşlər vasitəsilə tərəflərin razılaşması gündəmə gələ bilər".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 16 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son vəziyyət sonxeber az az xeber cəbhədən son durum