"İsrail İrana hücumda Azərbaycandan istifadəyə ehtiyac duymur" - İsxaq Hersoqun səfəri ilə bağlı AÇIQLAMA

İsrail Prezidenti İsxaq Hersoqun Azərbaycana səfəri regionda böyük marağa səbəb olub. Bu səfərdə nələrin müzakirə olunacağı, hansı sənədlərin imzalanacağı isə hər kəsi maraqlandırır. İsrail prezidenrinin Azərbaycana səfərindən ən çox narahat olan dövlət isə məhz İrandır və bu, heç kimə sirr deyil. Bəs görəsən, İsxaq Hersoqun Bakı səfərindən hansı gözləntilər var? Hansı sahədə müqavilələrin imzalanması, yaxud hansı mövzularda danışıqların aparılması gözlənilir?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, İsrail prezidentinin Azərbaycana səfəri çoxdan planlaşdırılırdı və bu, gözlənilən idi: "İsraildə səfirliyimizin açılması fonunda bu səfər bir növ zərurətə çevrilmişdi. Təbii ki, İsrail və Azərbaycan arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Beynəlxalq münasibətlər sahəsində iki ölkənin bir-biri ilə bu qədər yaxınlığı təsadüfən baş verir. İsrail prezidentinin Azərbaycana gəlməsi ölkələr arasındakı münasibətlərin daha da yüksək səviyyədə inkişafına təkan verəcək. İnanıram ki, yaxın gələcəkdə iki ölkə arasındakı münasibətlər analoqu olmayan səviyyəyə çatacaq. Məlum olduğu ki, nümayəndə heyətinin tərkibində İsrailin səhiyyə və daxili işlər nazirləri də var. Çox güman ki, burada iki ölkənin təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə olunacaq. Hətta təhlükəsizlik sahəsində müəyyən sənədlərin imzalanacağı da gözlənilir. Amma əsas sənədlər səhiyyə sahəsində əməkdaşlıq haqda imzalana bilər. Belə ki, İsraildə yüksək səviyyədə inkişaf edən digital səhiyyə sisteminin Azərbaycanda da tətbiqi, həkimlərimizin orada təcrübə keçməsi məsələlərinin müzakirə obyektinə çevrilməsi mümkündür. Bundan əlavə siyasi sahədə də müxtəlif müzakirələrin aparılması gözlənilir. Bildiyimiz kimi Azərbaycan və İsrail xaricdən eyni qüvvə tərəfindən təhdid olunur. Bu təhdidin qarşısını almaq üçün müəyyən addımların atılacağı qaçılmazdır".
Politoloq əlavə edib ki, İsrail və Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir: "Prezidentlərin görüşündə qlobal məsələlərin müzakirəsi gözlənilir. Yəni Azərbaycanın qlobal səviyyədə tutduğu mövqe, İsrailin bu sahədə rəsmi Bakıya yardımı mövzusunun müzakirə predmetinə çevrilməsi mümkündür. Hesab edirəm ki, İsrail İrana hücumda Azərbaycandan istifadəyə ehtiyac duymur. Əgər Təl-Əviv İrana hücum qərarı alsa, bunu Azərbaycan ərazisindən həyata keçirəcəyini düşünmürəm. Amma Azərbaycan istənilən sahədə Təl-Əvivlə əməkdaşlıq etməyə hazıdır. Rəsmi Bakı öz qonşuluq prinsiplərini qorumaq şərti ilə İsraillə əməkdaşlıq edəcək".
Əlimusa İbrahimovun sözlərinə görə, İsrail prezidentinin Azərbaycana səfər edib-etməməsinə rəğmən İran hər zaman bizə qarşı təxribat törədə bilər: "İrandan hər an təxribat və terror gözləmək mümkündür. İran terrorçu dövlətdir. Amma Azərbaycan bütün bu vəziyyətlərə hazırdır və təhlükəsizlik tədbirlərini yüksək səviyyədə həyata keçirir".
Müşviq Tofiqoğlu,
KONKRET.az 

Siyasi       Tarix: 31 may 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son xeberler bugun 2026 azerbaycan ən son xəbərlər cəbhədən şad xəbər