"İsraildə Azərbaycan səfirliyinin açılması əlaqələri daha da gücləndirəcək" - ŞƏRH

"İsraillə Azərbaycanın hər zaman, Sovet dövründə də yaxşı dostluq münasibətləri olub. Azərbaycan müstəqillik qazandıqdan sonra müstəqilliyimizi tanıyan ilk ölkələrdən biri də İsrail oldu. 1993-cü ildə isə İsrail Azərbaycanda səfirliyini açdı. Demək olar ki, 30 il sonra səfirliyimizi İsraildə açırıq. Bu gün də açılış olacaq. Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov da artıq oradadır. Oraya ilk səfir Muxtar Məmmədov təyin olunub və o, artıq etimadnaməsini rəhbərliklərə təqdim edib". 
Bu sözləri azxeber.com-a açıqlamasında politoloq Elşad Həsənov deyib.
O qeyd edib ki, İsrail dövləti bizimlə strateji tərəfdaşdır, çox sıx münasibət saxlayan ölkədir və bizi daim dəstəkləyir: "Beynəlxalq arenada, BMT-nin təşkilatlarında, Avropada olan hər hansı məsələlərdə daim bizə dəstək olur. Bunun səbəbi də Azərbaycanda yaşayan dağ yəhudilərinə bizim tərəfimizdən göstərilən tolerant münasibət, onlara heç bir ayrıseçkilik olmadan digər xalqlar kimi Azərbaycan Konstitusiyası çərçivəsində yaşayıb-yaratmasıdır. Onlara olan dostluq, qardaşlıq münasibətlərindən çox razıdırlar. Buna görə də daim Azərbaycanı dəstəkləyirlər". 
Politoloq qeyd edib ki, bu gün açılacaq səfirlik Azərbaycanla İsrail arasında diplomatik əlaqələrin daha da genişlənməsinə səbəb olacaq:
"44 günlük Vətən müharibəsində dövründə də bizim "din qardaşları"mız, fars-molla rejimi bizim düşmənlərimiz olan ermənilərin yanında oldular, onlara kömək oldular. Amma İsrail dövləti isə Azərbaycanın öz torpaqlarını azad etməsi üçün əlindən gələn köməyi etdi. Biz daim İsrail dövləti ilə sıx münasibətlərdə olmuşuq. Bu da bizim dostluğumuzun qədim tarixə malik olduğunu göstərir. Biz onlarla daim dostluq və qardaşlıq şəraitində yaşamışıq. Ona görə də bu gün açılacaq səfirlik Azərbaycanla İsrail arasında diplomatik əlaqələrin daha da genişlənməsinə və yeni bir müstəviyə qalxmasına səbəb olacaq".
Aydın Nuri

Siyasi       Tarix: 30 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Hacıqabul rayonundan sosial media hesablarında paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva rayon ərazisindən keçərkən qarşılaşdıqları göy qurşağının görüntülərin

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler azerbaycan meherremlik 2026 sonxeberler son xeber az