İsraildən Rusiya və Argentina ilə bağlı QADAĞA
İsrailin hakimiyyət orqanları koronovirusun yayılması ilə əlaqədar mayın 31-dən etibarən ölkə vətəndaşlarının səfərləri qadağan olunan ölkələrin siyahısına Rusiya və Argentinanı da əlavə edib.
Publika.az xəbər verir ki, bu gün İsrailin səhiyyə naziri məlumatı təsdiqləyib. Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, qadağa həmin ölkələrdə maksimal yoluxma riski ilə bağlıdır. Səfərlərə yalnız xüsusi hallarda icazə verilə bilər.
Nazirlikdən xatırladıblar ki, "qırmızı sıyahıda" artıq Ukrayna, Efiopiya, Braziliya, Cənubi Afrika Respublikası, Hindistan və Türkiyənin adları var. Bu ölkələrə səyahət icazəsi yalnız səlahiyyətləndirilmiş komissiya tərəfindən verilir. COVID xəstəliyi keçirmiş və peyvəndlənmiş şəxslər də daxil olmaqla, həmin ölkələrdən İsrailə qayıdan bütün sərnişinlər 14 gün ev şəraitində karantin keçməlidir.
Sərəncamın iyunun 13-dək qüvvədə olduğu və müxtəlif ölkələrdə yoluxmanın səviyyəsindən asılı olaraq müddətin artırılacağı bildirilir.
Kurslar.az kurslar [newsid: 0-123300]

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər