İsraili tərk etdiyi deyilən şoumen Maksim Qalkindən AÇIQLAMA
Rusiyalı sənətçilər İsrail və Fələstin arasında genişmiqyaslı müharibənin başlamasından sonra İsraildə keçirilməsi planlaşdırılan konsert proqramlarını təxirə salıb.
azxeber.com xarici mediaya istinadən xəbər verir ki, "Women"s Stand-Up" şousunun yaradıcısı və komediya ustası İrina Myaqkova oktyabrın 13 və 14-də Hayfa və Təl-Əvivdə iki solo konsert verməli idi. Lakin o, İsraildə vəziyyətin gərginləşməsi ilə əlaqədar çıxışları ləğv etmək qərarına gəlib.
"Kasta" qrupunun oktyabrın 13-də Təl-Əvivdə "Redinq 3" konsert zalında çıxışı olacaqdı. Bilet satış saytında konsertin dekabr ayına təxirə salındığı bildirilir.
Bundan əlavə İsraildə yaşayan Şoumen Maksim Qalkin həyat yoldaşı Alla Puqaçova və uşaqları ilə birlikdə ölkəni tərk etməsi barədə yayılan məlumatları təkzib edib.
Komediyaçı ölkədə qaldığını və bacardığı qədər kömək etmək niyyətində olduğunu bildirib. O, hər kəsi yaralılara qan verməyə sələyib.
Xatırladaq ki, bir neçə gün öncə Alla Puqaçova, övladları Harri,Liza və həyat yoldaşı Maksim Qalkinlə İsrail hava limanında görüntülənmişdi.
Aysel
Turlar.az [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu