İsrailin hücumları yalnız HƏMAS-ın məhv edilməsinə yönəlib - Ceyms Kleverli
İsrailin hücumları yalnız Qəzza zolağında HƏMAS-ın məhv edilməsinə yönəlib.
KONKRET.az The Guardian-a istinadən xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bildirib.
"Biz bilirik ki, İran HƏMAS da daxil olmaqla bütün regionda terror qruplarını maliyyələşdirmək və dəstəkləmək üzrə uzun tarixə malikdir. Onların bu xüsusi hücumda bilavasitə iştirak edib-etmədiyi hələ də məlum deyil", – nazir deyib.
Nazirin fikrincə, İsrail özünümüdafiə məqsədləri üçün mütənasiblik hüququna malikdir, lakin bunun necə təyin oluna biləcəyini dəqiqləşdirməyib.
Bu arada İngiltərənin keçmiş xarici işlər naziri Uilyam Heyqin "The Times" qəzetində dərc edilən yazısında bildirilib ki, İsrail HƏMAS-ın tələsinə düşəcək, əgər onun cavabı bütün Yaxın Şərqdə müharibəyə səbəb olacaq qədər sərt olarsa.
"Həmas bu münaqişəni İsrail və ərəb dünyası arasında daha geniş münaqişəyə çevirmək istəyir", – yazıda deyilir.
Hücumlardakı əsas motivin Səudiyyə Ərəbistanı ilə İsrail arasında razılaşmaların normallaşmasının qarşısını almaq olduğunu deyən Heyq prosesin bu nöqtədə qaçılmaz olaraq ləngiyəcəyini bildirib.
Ariz Həsənoğlu,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ