İsrailin İrana ŞOK HÜCUM SSENARİSİ: Onlarla qırıcı
İsrail qüvvələrinin 2022-ci ilin yazında Aralıq dənizində - Yunanıstan hava məkanı hissəsində İrana qarşı hücum təlimi keçirəcəyi məlum olub.
Publika.az xəbər verir ki, bu barədə İsrailin "Times of Israel" qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, İsrail ordusu İranın nüvə obyektlərinə qarşı mümkün hücum ssenarisi çərçivəsində tarixinin ən böyük hərbi təlimlərindən birini keçirəcək.
Məlumatda qeyd olunub ki, təlimə onlarla F-35, F-16 və F-15 reaktivləri, həmçinin "Gulfstream G550" casus təyyarələri və yanacaq dolduran təyyarələr qatılacaq. Təyyarələrin İranın nüvə obyektlərinə hücum zamanı qət etməli olduğu məsafəni (min kilometrdən çox) simulyasiya etmək üçün təlimin Aralıq dənizi sahillərində keçiriləcəyi vurğulanıb.
Sözügedən bölgənin Yunanıstanın hava məkanına daxil olan ərazilərlə üst-üstə düşdüyü qeyd edilir.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri son bir neçə gündə Yunanıstan və Cənubi Kipr səmasında hərbi təlimlər keçirib. Son illərdə Yunanıstan və İsrail təşkil etdikləri birgə təlimlər vasitəsilə hərbi əməkdaşlığı artırıblar. Qeyd olunur ki, İsrail ordusu İranın topoqrafiyasına bənzədiyi üçün xüsusilə Cənubi Kipr və Yunanıstanın dağlıq bölgələrinə üstünlük verir.
Digər tərəfdən, "Reuters" İsrailin ABŞ ilə təlimə qatılmaq üçün danışıqlar apardığını qeyd edib.
Akqabay
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var