İşsizlikdən Sığorta Fondunun əhatə dairəsi genişləndiriləcək
İşsizlikdən Sığorta Fondunun əhatə dairəsi genişləndiriləcək
"Bir vacib məqamı qeyd edim ki, İşsizlikdən Sığorta Fondunun əhatə dairəsi üçdə bir qədər genişləndiriləcək".
"Qafqazinfo" xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında bildirib.
Nazir müavini qeyd edib ki, fondun büdcəsinin 50%-dən çoxu aktiv dəstək tədbirlərinə gedir:
"Bundan əlavə, büdcənin bir hissəsi peşə standartının hazırlanmasına yönəldilir. Bu günədək 1000-ə yaxın peşə standartı hazırlanıb. Növbəti ildə 300-ə yaxın peşə standartı da hazırlanacaq".
A.Kərimov əlavə edib ki, Elektron məşğulluq xəritəsinin hazırlanması planlaşdırılır.
Onun sözlərinə görə, bu ilin on ayı ərzində 40 mindən çox vətəndaşımız əlillik təyinatı alıb:
"Onların dörd mindən artığı müharibə əlilliyi olan şəxslərdir". / oxu.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var