İstanbulda TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü keçirilib - FOTO

İstanbulda TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü keçirilib - FOTOParlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, görüşdə Milli Məclisin sədri Sahibə Qafarova çıxış edib.
Azərbaycan parlamentinin sədri qeyd edib ki, Milli Məclis həmişə olduğu kimi, bundan sonra da TÜRKPA-nın davamlı inkişafını ardıcıl surətdə dəstəkləyəcək. Milli Məclisin sədri deyib ki, qardaş ölkələrimizi əhatə edən coğrafiyada cərəyan edən geosiyasi gərginliklərə və təhdidlərə baxmayaraq, qarşılıqlı dəstək və etibarlı tərəfdaşlıq üzərində qurulmuş münasibətlərimiz, ölkələrimizin birliyi və həmrəyliyi daha da güclənməkdədir. Bu birlik və həmrəylik inkişaf və əməkdaşlığı təmin edir, regional və qlobal səviyyədə sülhə və sabitliyə mühüm töhfə verir.
Qeyd olunub ki, Azərbaycan daim Türk dünyasının daha sıx inteqrasiyası, onun siyasi və iqtisadi qüdrətinin artması, beynəlxalq nüfuzunun yüksəlməsi naminə ardıcıl fəaliyyət həyata keçirir. Qardaş türk dövlətləri ilə əlaqələrin genişlənməsi və möhkəmlənməsi Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindəndir.
Spiker Sahibə Qafarova xatırladıb ki, məhz Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2024-cü ilin iyulunda mədəniyyət paytaxtı Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının dövlət başçılarının ilk qeyri-rəsmi zirvə görüşü keçirilib. Daha sonra bu ənənə davam etdirilib, növbəti qeyri-rəsmi zirvə görüşü 2025-ci ildə Budapeştdə keçirilib.
TÜRKPA-ya üzv parlament sədrlərinin Parlamentlərarası İttifaqın assambleyaları çərçivəsində qeyri-rəsmi görüşlərinin keçirilməsi təşəbbüsünü Milli Məclisin dəstəklədiyini deyən Sahibə Qafarova bildirib ki, bu toplantılar yalnız TÜRKPA çərçivəsində deyil, həmçinin digər beynəlxalq təşkilatlar və qurumlar çərçivəsində əməkdaşlığımızı qiymətləndirilməyə, eyni zamanda maraq doğuran məsələləri səmimi mühitdə müzakirə etməyə şərait yaradır.
Qeyd olunub ki, bu formatda toplaşmağımız gündəlikdə duran məsələlərin müzakirəsi, ortaq maraqlarımızın müdafiəsi və gələcək fəaliyyətin əlaqələndirilməsi baxımından olduqca əhəmiyyətlidir.
Sonra görüş təşkilata üzv olan digər ölkələrinin parlament sədrlərinin çıxışları və müzakirələrlə davam edib.
İstanbulda TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü keçirilib - FOTO/ azxeber.com

Siyasi       Tarix: 17 aprel 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Çin liderlərinin noyabr ayında baş tutması ehtimal olunan mümkün görüşünün dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsinə səbəb ola biləcəyindən ciddi şəkildə ehtiya

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən şad xəbər xeber az oxu.az xeberler sonxəbərlər