İstanbulda UNESCO və Avropa Şurasının dəstəyi ilə "CİNETOUR" yaradıldı - FOTO
İstanbulda keçirilən təsis iclasında, UNESCO və Avropa Şurasının dəstəyi ilə Beynəlxalq tematik filmlər Festivalları Komitəsi (CİNETOUR) yaradıldı.
azxeber.com xəbər verir ki, "Cinetour"-un əsas məqsədi Tematik filmlər Festivallarını bir çətir altında birləşdirmək və onları təbliğ etməkdir.
Hazırda dünyada 20 mindən çox tematik filmlər Festivalları keçirilir, lakin bu günə qədər onları birləşdirən bir Komitə olmayıb.
Eyni zamanda, "Cinetour" Komitəsinin hədəflərindən ölkələr arasında mədəni əlaqələri möhkəmləndirmək, rejissorları, prodüsserləri, sənət adamlarını, kino və turizm mütəxəssislərini, müxtəlif Festivalları bir araya yığmaqdır.
Baş tutan təsis iclasında "Cinetour"-un Prezidenti Türkiyənin nümayəndəsi Can Saracoğlu, Baş direktoru isə İtaliya təmsilçisi Maurizio Aronica seçildilər.
Qeyd edək ki, Beynəlxalq "Cinetour" Komitəsinin 19 ölkədən olan 30 təsisçi sırasında Azərbaycan turizm blogerləri Assosiasiyasının sədri, tanınmış teleaparıcı və səyahət blogeri Azər Qərib də var.




Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var