İstanbulda Zəfər Media medallarının təqdimatı keçirilib — FOTOLAR

İstanbulda Zəfər Media medallarının təqdimatı keçirilib — FOTOLARİstanbulda 44 günlük Vətən müharibəsinin ildönümü və "Şuşa İli"nə həsr olunan tədbir keçirilib.  İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) tərəfindən təşkil olunan tədbirdə Vətən müharibəsi dövründə Türkiyə mediasının Azərbaycana informasiya dəstəyi göstərən nümayəndələrinə "Zəfər Media" medalları təqdim olunub.
Azərbaycan və Türkiyə Dövlət himnlərinin səslənməsi ilə başlayan tədbirdə daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçılarını salamlayan ölkəmizin İstanbuldakı konsulu Zaur Allahverdizadə 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun şanlı Zəfərə imza atdığını xatırladıb. Z.Allahverdizadə bildirib ki, bunun nəticəsində Azərbaycanın tarixi torpaqları azad edilib və bu torpaqlarda yenidən üçrəngli şanlı bayrağımız dalğalanır. Vətən müharibəsi dövründə Azərbaycan təkcə meydanda deyil, həm də erməni yalanlarına qarşı mediada mübarizə apardı. Türkiyə dövləti və xalqı kimi, mediası da bu dövr ərzində daim Azərbaycanın yanında oldu.
Tədbirdə çıxış edən İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbin direktoru Şərqiyyə Məmmədova və İSBAM-in sədri Samir Adıgözəlli torpaqlarımızın 30 il davam edən işğalı, Azərbaycanın 44 günlük Vətən müharibəsi və bu müharibə nəticəsində qazanılan şanlı Zəfərimiz barədə danışıblar.
Medala Türkiyənin "Anadolu Agentliyi", "TRT Haber", "Haber Global", "ATV", "DHA", "NTV", "CNN Türk", "A Haber", "Habertürk", "TRT", "TV100", "Süperhaber TV", "Bengü Türk", "Al Araby Tv" kanalları və "Sabah" ilə "Hürriyət" qəzetlərinin əməkdaşları ilə yanaşı, Hüseyn Cavid adına məktəbin direktoru Şərqiyyə Məmmədova da layiq görülüblər.
Mükafatçılardan "TV100" telekanalının əməkdaşı Ali Burak Ersemiz medalı şəhid jurnalistlər, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun adına aldığını bildirib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə baş tutan tədbirdə qardaş ölkənin aparıcı media nümayəndələri, ictimai xadimləri iştirak ediblər. Xatırladaq ki, İSBAM ötən ilin mart ayında İstanbulda Zəfər media mükafatının təqdimetmə mərasimi keçirmiş və Vətən müharibəsi dövründə Türkiyə mediasının Azərbaycana informasiya dəstəyi göstərən nümayəndələrini mükafatlandırmışdı.
İstanbulda Zəfər Media medallarının təqdimatı keçirilib — FOTOLARİstanbulda Zəfər Media medallarının təqdimatı keçirilib — FOTOLARİstanbulda Zəfər Media medallarının təqdimatı keçirilib — FOTOLARİstanbulda Zəfər Media medallarının təqdimatı keçirilib — FOTOLARİstanbulda Zəfər Media medallarının təqdimatı keçirilib — FOTOLARİstanbulda Zəfər Media medallarının təqdimatı keçirilib — FOTOLARİstanbulda Zəfər Media medallarının təqdimatı keçirilib — FOTOLARİstanbulda Zəfər Media medallarının təqdimatı keçirilib — FOTOLARİstanbulda Zəfər Media medallarının təqdimatı keçirilib — FOTOLARİstanbulda Zəfər Media medallarının təqdimatı keçirilib — FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 14 oktyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxabar az xeberler bugun 2026 sonxeber.az gunun xeberleri