İstanbuldan qalxan təyyarədə MÜƏMMA: çox sayda insan təhlükə altına düşdü
İstanbuldan Hamburqa uçan "Pegasus" Hava Yollarına aid təyyarədə meyit tapılıb.
Publika.az xəbər verir ki, bu barədə çərşənbə axşamı "Focus" onlayn nəşri məlumat yayıb .
Bildirilib ki, dərhal sonra yarılma və ölüm səbəbinin müəyyən edilməsi zamanı onun koronavirusa yoluxduğu məlum olub.
Hadisə oktyabrın 25-də baş verib. Ölən şəxs Almaniyanın Şlezviq-Holşteyn əyalətinin 51 yaşlı sakinidir. Onun hansı məqsədlə İstanbula getdiyi hələlik məlum deyil.
Hazırda onun yoluxmuş halda təyyarəyə necə mindiyi araşdırılır. Hamburqun Səhiyyə İdarəsi qeyd edib ki, ümumilikdə Türkiyədən qayıdan hər bir sərnişin ya peyvənd sertifikatı, ya da koronavirus testinin mənfi nəticəsi təqdim etməlidir. Onlar mərhumun yanında təyyarədə uçan hər kəsin hadisə ilə bağlı məlumatlandırılacağını və karantinə alınacaqlarını vurğulayıblar.
"Pegasus" Hava Yolları həmin şəxsin yalnız koronavirus qaydalarına əməl olunduğu təqdirdə uça biləcəyini söyləyib.
Aviaşirkətin məlumatına görə, enişdən əvvəl o, peyvənd sertifikatı təqdim edib.
Hüseyn

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək