İstər-istəməz Əli Həsənovla əlaqələrim olmalı idi' - Əflatun Amaşov 'Onun 10 cavabı'nda

İstər-istəməz Əli Həsənovla əlaqələrim olmalı idi' - Əflatun Amaşov 'Onun 10 cavabı'ndaAzxeber.com-un "Onun 10 cavabı" rubrikasının növbəti qonağı Mətbuat Şurasının sədri Əflatun Amaşovdur.
O, müxtəlif media qurumlarında çalışan 10 jurnalistin suallarını cavablandırıb.

1. Aynur Nəsirova
- Sizi ilk dəfə efirə çıxaran jurnalisti xatırlayırsızmı?
-Bəli, məni ilk dəfə efirə çıxaran jurnalist Azərbaycan Televiziyasının əməkdaşı Telli Pənahqızı olmuşdu. O zamanlar mən "AzərTac"da işləyirdim. Bizim günümüz jurnalist kimi daha çox Dağlıq Qarabağda keçirdi. Mən Bakıya qayıdarkən Azərbaycan Televiziyasından mənə zəng gəldi və mən oraya getdim. Telli Pənahqızı məndən müsahibə aldı və mən ilk dəfə həmin gün efirdə göründüm.
2. Cavid İsmayıl
- Əflatun Amaşov jurnalistlərin və medianın problemləri ilə bağlı ən çox və ən sərt şəkildə qınananlardan biri, bəlkə də birincisi olub. Kimin problemi olubsa, onun üstünə qaçıb, ondan umub. Amma hər zaman opponentlərinə qarşı təmkinli davranışı ilə seçilib. Bu cür səbir yiyəsi olmaq üçün nə etmək lazımdır?
-Mən düşünürəm ki, hər insan özünü daha yaxşı tanıyır. Müxtəlif vaxtlarda özü qarşısında hesabat verir. Nəyi düz, nəyi səhv edib, onunla bağlı səslənən fikirlər nə dərəcədə qərəzlidir. Çox təəssüf ki, mən təhlillər apararkən özümə qarşı müsbət fikirlərlə yanaşı mənfi fikirlər də oxudum. Mən bunu təbii qarşılayıram. Yəqin ki, onların bəziləri məni yaxşı tanımır. Hansısa məqamda onların müraciətlərinə bəlkə də gücümüzdən xaric olaraq neytral yanaşılıb. Bəzən istəklər elə olur ki, həyata keçə bilmir. Ancaq ən böyük təəssüf bu ola bilər ki, bəzi insanlar qarayaxma ilə məşğul olurlar. Həmin formada da mənə yanaşırlar. Amma son zamanlar kiminləsə bağlı hansısa bir status qoyulanda onu tanıyan-tanımayan hər kəs onun haqqında kifayət qədər qeyri-etik ifadələr işlədir. Cəmiyyətdə belə bir əhval-ruhiyyə formalaşıb ki, məsələn, bir tanınmış jurnalist və ya hansısa sahədə tanınmış işgüzar insanlar olsun, müəyyən imic qazanmış şəxs olsun, o insanlarla bağlı paylaşımların şərh hissəsində kifayət qədər qeyri-obyektiv, etik olmayan ifadələr işlənir. O ki qaldı suala, mən hər şeyə təbii yanaşıram. Hər insan haqqında mənfi və müsbət fikirlər ola bilər. Mən həyatım boyu çalışmışam ki, heç kəsə pislik etməyim, kömək üçün müraciət edənlərə imkan daxilində yardım edim.
3. Zaur Əhməd
- Məlum olduğu kimi, medianın idarəedilməsi, istiqamətləndirilməsi ilə bağlı bir sıra mühüm dəyişikliklər olub. Yeni şəxslərə səlahiyyət verilib. Üstəlik, bu sahəyə rəhbərlik edən şəxslərlə bağlı cinayət işi açılıb. Öncə baş verənlərə münasibətinizi necədir? İkincisi, bu cameədə baş verən dəyişikliyin Mətbuat Şurasında da gerçəkləşməsi labüd deyilmi? Ən azından növbədənkənar qurultay çağırıb qurumu yeniləmək olmazmı?
- Mən elə bilirəm ki, Mətbuat Şurası Azərbaycanda kifayət qədər özünü sübut etmiş, üzərinə düşən missiyanı layiqincə yerinə yetirmiş bir qurumdur. Hazırda da həmin missiya Mətbuat Şurası tərəfindən layiqincə yerinə yetirilir. Şura yaranarkən mediada olan vəziyyəti indiki vəziyyətlə müqayisə etsək, dediklərimi bir daha sübut etmiş olaram. Siz təsəvvür edin ki, Mətbuat Şurası bu müddətdə 16 mindən çox şikayət qəbul edib. Ayrı-ayrı vətəndaşlardan, qurumlardan mediaya, jurnalistlərə qarşı, jurnalistlərin etik prinsipləri pozmaları ilə bağlı, faktlara məhəl qoymadan kimlərinsə şərəf və ləyaqətinin alçaldılması ilə bağlı, şəxsi həyata müdaxilə ilə bağlı şikayətlər olub. Bu məsələlərlə bağlı biz kifayət qədər müzakirələr aparmışıq. Müvafiq qərarlar qəbul etmişik ki, həmin KİV, həmin jurnalistlər öz səhvlərini anlasınlar. Doğurdan da səhv ediblərsə, növbəti dəfə onlar bunu təkrarlamasınlar. Eyni zamanda 16 min şikayətdən ən azı 1000-i, 500-ü, hətta 100-ü məhkəmələrə getsə idi, nə qədər jurnalist cərimə olunardı. Nə qədər KİV çətinliklərlə qarşılaşardı. Belə bir məqamda mənə elə gəlir ki, bu sualın cavabını mənim həmkarlarım versə, daha yaxşı olar. O ki qaldı cəmiyyətdə baş verən, əsasən də KİV-də baş verən hadisələrə hər insan tutduğu əmələ görə cavabdeh olmalıdır. Bu sahədə də müəyyən araşdırmalar gedir və araşdırmaların nəticəsi obyektiv olacaq. Mənzərə göz önündə canlanacaq. Kimlərin məsuliyyəti olacaqsa, həmin məsuliyyəti onlar daşıyacaqlar. Burada səslənən təklifə gəldikdə isə, jurnalistlərin qurultayı ilə bağlı vaxt növbəti ildə tamam olur. Yəqin ki, onda olacaq. Mətbuat Şurasına üzv olan təşkilatların nümayəndələri durumu müzakirə edəcəklər. O müzakirələrə əsasən qərarlar çıxardılacaq.
4. Şərif Ağayar
- Bildiyim qədərilə, Marsel Prustun məşhur "İtmiş zamanın axtarışında" romanını oxumusunuz. Bu mənada sizi nadir oxuculardan saymaq olar. Maraqlıdır, bu əsəri bütöv oxuyan hansısa azərbaycanlı tanışınız varmı?
- Mən Şərif bəyə öz minnətdarlığımı bildirirəm. Ümumiyyətlə, Quranın özü də oxudan başlayır. Amma bu oxumaq o deməkdir ki, sadəcə oxuyasan. Oxuyub həm də onu mənimsəmək lazımdır. Düşünüb təhlillər aparmaq lazımdır. Çox təəssüf ki, bizim nəsilin yaşadığı dövrdə bəzi kitablar oxunmurdu və hətta bəzi qadağalar qoyulurdu. Daniel Defonun əsərləri, məsələn "Robinzon Kruzo"ya bir müddət SSRİ-də qadağa qoyuldu. Tək insan adada məhv olmalıdır. Kollektiv olmayandan sonra bir insan necə yaşamalıdır? SSRİ-də cəmiyyətin əsas rol oynaması ilə bağlı məsələlər gündəmə gəlirdi. Hətta bizim bu gün oxuduğumuz "Master və Marqarita" və s. bu kimi əsərlərə də müəyyən qadağalar qoyulmuşdu. O ki qaldı Marsel Prusta, o doğurdan da sevdiyim yazıçılardan biridir. Onun əsərlərini mən tələbəlik vaxtından oxumuşam. Rus dilində də mən onları oxuyurdum. "İtmiş zamanın axtarışında" da bunlardan biri idi. Mən buradan hər kəsə daha çox bədii əsər oxumağı tövsiyyə edirəm. Onların içərisində də Marsel Prustun əsərləri olsun.
5. Samir Feyruzov
- Əflatun müəllim, sizcə, Azərbaycan mətbuatının ən böyük problemi nədir?
-Baxır ki, hansı məqamdan yanaşırıq. Bütün azadlıqlar şərtidir. Bütün münasibətlər nələrəsə köklənə bilər. Bu azadlıqların əsasında müəyyən bir maliyyə sərbəstliyi dayanır. Ancaq yalnız bu, azadlığı şərtləndirə bilməz. Əvvəlcə maliyyə sərbəstliyi və ondan sonra yeni ideyalar meydana gəlir. Nəyə görə əksər filosoflar adətən təminatlı ailələrdən çıxmış adamlardır? Çox az adamlar ola bilər ki, məsələn Yunanıstanda, ya başqa yerlərdə aztəminatlı ailədən çıxmış bir insan filosof kimi düşünə bilsin, dünyanın gedişatını təsəvvür etsin. Hər şey maliyyədən başlayır. Maliyyə olduqdan sonra yeni ideyalar meydana gəlir. Əgər biz jurnalistikadan danışırıqsa, Azərbaycan jurnalistikasının əsas problemi maliyyə problemidir. Reklamlarla, satışla bağlı olan problemdir. Mən həmkarlarla söhbət edirəm, artıq bəzi saytlarda bunlar düzəlmək üzrədir. İşləyirlər, reklam əldə edirlər, əməkdaşlarının həyat səviyyəsi nisbətən daha yüksək olur. İqtisadi təminatdan sonra düşüncə azadlığı başlayır. Jurnalist sərbəst düşünür. Mən belə düşünürəm ki, millilik, vətənpərvərlik də olur. Ancaq baxır ki, hansı formada özünü əks etdirir. Tutaq ki, ABŞ mediasında, istər Nyu-York Times olsun, Vashinqton Post, CNN və s. olsun, bunlar o qədər peşəkardır ki, bunlar humanizmi önə çəkirlər. Obyektivliyi önə çəkirlər. Ancaq alt qatda insanların beyninə təsir gücünə malik olan informasiyalar da verirlər. Onlarda heç vaxt ABŞ maraqlarına xələl gələn bir məlumat olmaz.
BBC-də heç vaxt Böyük Britaniya maraqlarına xələl gətirəcək məlumatlar olmaz. Məsələn, reportajlar verirlər, bir quşun çirkli gölə girməsi, onun qanadlarının çirklənməsi və insanlar tərəfindən qanadlarının yuyulması, bu reportaja təqribən 5 dəqiqə vaxt ayırırlar. Ancaq müsəlman ölkələrində, Asiyada baş verən hər hansı bir hadisə ilə əlaqədar, məsələn Məscidə bomba qoyuldu, dağıdıldı, 20-dən çox insan həlak oldu, bu xəbərən heç bir dəqiqə vaxt ayırmırlar. Həmin o iriçaplı media vasitələrində işıqlı və qara dünyanın marağı, Qərbin və Şərqin marağı o qədər ustalıqla həyata keçirilir ki, istər-istəməz insanları daha asan inandırmaq metodu üzə çıxır. Eyni zamanda bizim kimi ölkələrin özünün də marağı olmalıdır. Azərbaycan marağı olmalıdır. Bu marağa əsasən biz 44 günlük müharibədə qalib gəldik. Yəni ki, sözümün canı ondan ibarətdir ki, iqtisadi maraq, düşüncə azadlığı və millilik, Azərbaycançılıq vacibdir. Azərbaycan jurnalisti olmaq üçün mütləq Azərbaycançı olmalısan. Dünyada baş verən hadisələrə Azərbaycan prizmasından baxmalısan. Dünyada baş verən hadisələr fonunda Azərbaycanda baş verən hadisələri önə çıxarmalısan ki, dünya Azərbaycanı tanısın. Biz regionun ən güclü dövləti olduqdan sonra, dünyada kifayət qədər inkişaf etmiş ölkəyə çevirildikdən sonra biz dünyanı başqa tərzdə görə bilərik. Biz Dağlıq Qarabağ problemini həll etdik, artıq Qarabağ problemi yoxdur. Amma bizim üçün yoxdur. Ermənilər üçün, Minsk Qrupu üzvləri üçün qalır. Belə bir məqamda Azərbaycan jurnalisti döyüşən əsgər kimi əlində qələm, qarşısında komputer Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə birmənalı şəkildə çatdırmalıdır. Dünya bilməlidir ki, həmin təxribatda günahkar ermənidir.
6. Rumiyyə Miraslan - Artıq ölkəmizdə kadr siyasəti də gəncləşir, daha çox xaricdə təhsil almış gənclər vəzifəyə gətirilir. Əflatun Amaşov da postundan getmək, yerində hansısa gənci görmək barədə düşünürmü? Əgər belə fikri varsa, o şəxs kimdir, kimdə o potensialı görür, xanım jurnalistlərdən biri ola bilərmi?
- Sondan başlayım. Azərbaycanda jurnalistika sahəsində çalışan insanların xeyli hissəsi xanımdır. Demək olar ki, yarıya qədəri. O ki qalır rəhbər vəzifələrdə, çox təəssüf ki, onlar hələ azdırlar. Onların bir neçəsi sayt yaradıblar. Bir neçəsi jurnalistikada ayrı-ayrı yüksək vəzifədə çalışır. Xanım jurnalistlər peşəkarlıq baxımından digər cinsə aid olan jurnalistlərdən geri qalmırlar. Xanım jurnalistlər nisbətən daha humanist olurlar. Hadisələrə daha humanistcəsinə yanaşırlar. Bu da təbiidir. Dünyanın əksər yerində belədir.
O ki qalır gənc kadrlara, Aşıq Abbas Tufarqanlının 300 il əvvəl yazdığı bir şeir var,
Ay həzərat, bir zəmanə gəlibdir,
Ala qarğa şux tərlanı bəyənməz.
Oğullar atanı, qızlar ananı,
Gəlinlər də qaynananı bəyənməz.
Gələcək nəsillə indiki nəsil arasında fikir ayrılığı insan övladı dünyaya gələndən bəri olub. Əgər bu fikir ayrılığı olmasa idi, bəşəriyyət inkişaf etməzdi. Bir sıra insanlar düşünərkən həmişə gənclərlə bağlı fikir mübadiləsi apararkən deyirdilər ki, indiki gənclər oxumur, əllərinə telefon alıb oyun oynayırlar. Ancaq 44 günlük müharibə onu göstərdi ki, məhz həmin insanların qoyub gəldikləri torpaqları elə onların bəyənmədikləri gənclər qorxmadan irəli gedərək o torpaqları azad etdilər. Jurnalistikada da belə kadrlar var. Gənclər tərəfindən yaradılmış media vasitələrinin əməkdaşları, ayrı-ayrı müstəqil jurnalistlərin fəaliyyəti Azərbaycan jurnalistikasının gələcəyinə inam yaradır. Bu vəzifə əbədi deyil, müvəqqətidir. Gəlib öz missiyanı yerinə yetirirsən. Bunu nə dərəcədə yerinə yetirdiyinə kənardakılar qiymət verir. Sonra isə sənin yerinə başqası gəlir. Həmin insan dövrə uyğun olaraq öz missiyasını yerinə yetirir. Daha sonra yenə başqası gəlir, yəni bu, təbiidir. Belə şeydən qorxmaq lazım deyil.
7. Günel Hüseynli – Sizcə, Azərbaycanda kadr potensialı hansı səviyyədədir?
-Bir dəfə Cənubi Qafqaz üzrə kadrlarla fikir mübadiləsi aparılırdı. O zaman Tbilisidə tədbir idi. Onda Saakaşvili hakimiyyətdə idi. O, əsasən gənclərlə işləyirdi. Gürcüstanda rüşvətə son qoyuldu və müəyyən problemlər öz həllini tapdı. Çünki dünya dəyişir. Dünyanı köhnə başla idarə etmək mümkün deyil və münasibətləri də köhnə başla tənzimləmək mümkün deyil. Yeni ab-hava hər bir ölkəyə gəlməlidir. Azərbaycanda da son zamanlar aparılan islahatlar kifayət qədər yerində olan və ümid verici islahatlardır. Bir var ki, sənə aid olan sahəni öz təcrübənlə, bir də var dünya təcrübəsi ilə idarə edəsən. Amma bunların ikisi də birgə olsa, daha sərfəlidir. Dünya təcrübəsini yerli təcrübəyə birləşdirməklə sahəni inkişaf etdimək olar. Məsələn, kosmosla bağlı bir sahə - bu, tamamilə yeni bir sahədir. Belə bir sahəni köhnə təfəkkürlə heç cür idarə etmək olmaz. Çünki həmin adam ən azından bilməlidir ki, Marsda NASA-nın göndərdiyi neçə peykvar və s. Ona görə də bu sahədə dünya təcrübəsi olmalıdır. Səhiyyə sahəsində də dünya təcrübəsi olmalıdır. O ki qaldı jurnalistikada kadr məsələsinə, Azərbaycanda elə jurnalist var ki, dünyanın istənilən aparıcı media qurumlarında işləyə bilər. Artıq xarici mediada işləyənlər də var. Bir məqama toxunmaq istəyirəm, biz ermənilərlə özümüzü müqayisə edəndə görürük ki, ABŞ-da, məsələn "Fox News" televiziyasının vitse-prezidenti ermənidir. Hətta həmin televiziyanın jurnalisti Cənab Prezidentdən müsahibə götürərkən bəzi qərəzli suallar da ünvanlayırdı. Biz haradan bilək ki, həmin jurnalist bura gələrkən ermənidən təlimat almayıb?
"Vaşinqton post" qəzetinin 70-ci illərdən bu yanadək rəhbərlərindən çoxu erməni olub. Rusiya mətbuatına baxsaq görərik ki, orada 100-dən çox erməni əsilli jurnalist çalışır. Azərbaycanda bu məsələlərə biz indi-indi fikir veririk. Məsələn, bir yaxın dostumun qızı xarici mediada - "Əlcəzirə"də çalışır. Artıq Əlcəzirənin Azərbaycana münasibəti kifayət qədər müsbətdir. Müsbət məlumatlar yayır. Hər halda nə dərəcədə bu məsələlərin rolu var, əlbəttə mən oranın informasiya siyasətinə qarışmıram, dünyanın ən aparıcı media orqanlarından biridir. Amma bir fərd də mühüm rol oynayır. Ona görə də biz bu sahədə kadr baxımından, başqa dilləri mənimsəmək baxımından mövcud olan problemləri aradan qaldırmalıyıq.
8. Famil Fərhadoğlu - Vaxtilə Əli Həsənovla (Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri red.) bir komandada olmaqdan peşmansınızmı, peşmansınızsa, nəyə görə?
- Hər insan bir yol keçir. Mən Moskva Dövlət Universitetini 1985-ci ildə bitirmişəm. Əli Həsənov isə 1990-cı ildə bitirib. Biz tələbə yoldaşı deyilik. Mən Mətbuat Şurasının sədri olandan əvvəl 1995-ci ildə "Yeni Nəsil Jurnalistlər Birliyi"ni yaratmışdıq. Bu təşkilat bu gün də fəaliyyət göstərir. Sonra mən "RUH" Jurnalistlərin Müdafiə Komitəsinin sədri oldum. Sonra isə Mətbuat Şurasının sədri oldum. Mən bir təşkilat sədri kimi istər-istəməz bəzi məsələlərin müzakirəsində dövlət qurumları ilə əlaqə saxlayırdım. İndi də dövlət qurumları ilə bu münasibətlər qalır. Əli Həsənov Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri idi. İstər-istəməz Əli Həsənovla əlaqələrim olmalı idi.
9. Rüfət Hüseyn - Sizin fikrinizcə media məmur nəzarətindədir, yoxsa müstəqildir?
- Azərbaycanda 1998-ci il avqustun 6-da KİV üzərindən senzura götürüldü. Azərbaycan birmənalı qaydada MDB ölkələri arasında ilk ölkədir ki, siyasi iradə göstərərək KİV üzərindən senzuranı götürüb. Bir neçə ildən sonra Azərbaycanda kifayət qədər beynəlxalq standartlara uyğun Media Qanunvericiliyi yaradıldı. 2000-ci ildə isə media üzərində yeganə nəzarət funksiyasını yerinə yetirən Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi. Ancaq əksər MDB ölkələrində belə nazirlik var. Daha sonra Milli Televiziya Şurası yaradıldı, Mətbuat Şurası yaradıldı. Hazırda Azərbaycanda heç bir dövlət qurumu media üzərində nəzarət funksiyası yerinə yetirmir. Azərbaycanda media azaddır. O ki qaldı ayrı-ayrı fərdlər, yəni hansısa redaktor, jurnalist nə dərəcədə bu qurumlarla əlaqə saxlayır. Artıq onun qanunvericiliyə heç bir aidiyyatı yoxdur. Bir məqamı da vurğulamaq istəyirəm, o zamanlar biz dövlətin yardım məsələsini gündəmə gətirəndə o ideyalar Mətbuat Şurasında yaranmışdı.
O zaman mətbuatın durumu belə idi ki, reklam yox idi, metroda satış dayandırılmışdı, əldə yayım qadağan olunmuşdu, abunə az idi. Belə bir şəraitdə bəzi iş adamları, iqtisadi mərkəzlər, bəzi ayrı-ayrı ölkə vətəndaşları, qurumlar, fondlar Azərbaycan mətbuatına maliyyələr verməyə başlamışdılar. Bilirsiniz ki, maliyyəni kim verirsə, nəyisə tələb edən də odur. Maliyyə heç zaman elə-belə verilmir. Biz düşündük ki, belə bir şəraitdə ola bilməzmi ki, dövlət KİV-i maliyyələşdirsin? Azərbaycan KİV-nə məhz dövlətin özü yardım etsin. Biz bilək ki, biz dövlətə xidmət edirik. Dövlət hamınındır, iqtidarındır, müxalifətindir, balaca uşağındır, yaşlı insanlarındır. Biz bu dövləti qorumalıyıq. Biz belə bir ideyanı irəli sürəndə bu, həyata keçirildi. Ancaq dövlətin hansısa qurumu maliyyələşdirməsi o qurumun dövlət tərəfindən idarə olunması demək deyil, müstəqildir. Əgər bir insan düşüncələrində müstəqildirsə, əlbəttə o, müstəqil olacaq.
10. Aydın Nuri - Xarici ölkələrin jurnalistikası ilə bizdə fərqlər nəzərə çarpacaq dərəcədədir. Azərbaycan jurnalistikasının xaricə nisbətdə xeyli az inkişaf etməsinin səbəblərini nədə görürsünüz?
- Qonşu dövlətlərdə, Türkmənistanda bəzi xəbərlər məhz Azərbaycan mediasından götürülmüş xəbərlər olur. Azərbaycan mediasına istinad edirlər. Bu, Azərbaycan mediasının gücünün kifayət qədər olduğunu göstərir. Azərbaycan mediası güclü mediadır. Bayaq dediyim kimi də Azərbaycan mediasında dünyanın istənilən aparıcı media qurumunda çalışmaq potensialında olan jurnalistlər var. Amma nəyə görə Azərbaycan jurnalistikası BBC-dən, CNN-dən, bu kimi aparıcı xarici media orqanlarından zəifdir? Bunun obyektiv və subyektiv səbəbləri var. Zamanın müəyyən dövrlərində iqtisadi məsələlər, təhsillə bağlı hansısa problemlər, təcrübə, məsələn bir yerdə işləyib o qədər təcrübə əldə etmək olmaz. Azərbaycan jurnalistlərinin dünyanın inkişaf etmiş öndə olan təhsil ocaqlarında təhsil almaları, təcrübə keçmələri, bunların hamısı problemlərin olduğunu göstərir. Amma son zamanlar Azərbaycanla Türkiyə arasında məhz media sahəsində yeni bir platforma təsis olunub.
Mən əminəm və çox böyük inamım var ki, o platforma əsasında Azərbaycan jurnalistləri Türkiyə mediasında təcrübə keçəcəklər. Ola bilər ki, Türkiyə jurnalistlərinin bir qrupu müəyyən vaxtlarda Azərbaycana dəvət olunsun. Onlar birgə çalışsınlar. Bütün bunlarla jurnalistikamızda olan həmin problemləri həll etmək mümkündür. Mən əminəm ki, Azərbaycan jurnalistikası indiki gücünü daha da artıracaq.
Aydın Nuri,
Video: Rüfət Hüseyn


Siyasi     Baxılıb: 495   Tarix: 09 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. B

ABŞ Ermənistanda yeni AES-lə bağlı tədqiqatlarda iştirak edir

Ermənistanda yeni AES-in tikintisi ilə bağlı texniki-iqtisadi tədqiqatlar aparılır. xəbər verir ki, bu barədə erməni "Telegram" kanalları İnfrastruktur Nazirliyinə istinadən məlumat yayıb. Amerika təşkilatları d

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzli siyasi aksiya kim

İlham Əliyev Almaniyada işgüzar səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçü

Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. Aprelin 25-də Ağdamda Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarə

Rusiya-Azərbaycan münasibətləri möhkəm təmələ əsaslanır

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Ümummilli Lider, dahi rəhbər Heydər Əliyev hələ Sov. İKP MK Siyasi Bürosunun üzvü

"Rusiya müharibə iqtisadiyyatına keçib - Ukrayna bu ölkəni məğlub edə bilıməyəcək"

"Ukrayna Rusiyanı məğlub edə bilməyəcək". KONKRET.azxəbər verir ki, bu sözləri Niderlandın müdafiə naziri Kaysa Ollonqren bildirib. "Biz gördük ki, Rusiya məruz qaldığı böyük itkilərdən daha tez qurtara bildi

Azərbaycanın BMT-də məruzəsi təqdim edildi

23-24 aprel 2024-cü il tarixlərində Cenevrə şəhərində BMT-nin İşgəncə əleyhinə Komitəsinin 79-cu sessiyası çərçivəsində "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsla təkbətək görüşü başlayıb. /


tezbazar yeni xeberler son xeberler azerbaycan xeberleri sou biznes en yeni xeberler metbuat bu gunun xeberleri