ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
"ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır".
"Report"un məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel keçirdiyi brifinqdə deyib.
"Biz Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsini iki ölkə arasında sərhədlərin delimitasiyası üçün əsas kimi qəbul etməsi xəbərini alqışlayırıq. Bu, uzunmüddətli və ləyaqətli sülh sazişi yolunda mühüm addımdır", - o bildirib.
Patel həmçinin qeyd edib ki, qurum ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun regiona mümkün səfəri ilə bağlı hələlik hər hansı açıqlama vermək niyyətində deyil.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, bir sıra razılıq əldə olunub.

Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev
Banka borcu olanlara bir yaxşı, bir pis xəbər – Yeni QAYDA
Nyu Cersi Trampa qarşı: Rus dizelini rədd etdi