Prezidentin xüsusi nümayəndəsi: Qarabağı Azərbaycanın ekoregionu adlandırmaq olar
Qarabağ regionunu bütövlükdə Azərbaycanın ekoregionu adlandırmaq olar.
Bunu jurnalistlərə Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
V.Hacıyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş əraziləri "yaşıl enerji" zonası elan edib. Xüsusi nümayəndə bununla bağlı istər yaşayış, istərsə də inzibati binaların hamısında günəş panellərinin quraşdırıldığını qeyd edib: "Zəngilan rayonunda ümumi gücü 42 kilovat olan 4 kiçik su elektrik stansiyası artıq istifadəyə verilib. Bundan əlavə, Ağalı kəndində Arximed turbin tipli su elektrik stansiyası inşa edilib, bu da kəndin daxili elektrik enerjisinə olan tələbatını tam ödəyir".
Prezidentin xüsusi nümayəndəsi xatırladıb ki, Cəbrayıl və Zəngilan rayonlarının günəş enerjisinin inkişafı üçün əhəmiyyətli potensialı var: "Bu potensialı nəzərə alaraq, Böyük Britaniyanın BP şirkəti Cəbrayılda 240 meqavat gücündə elektrik stansiyası, "Nobel Energy" isə tərəfdaşları ilə birlikdə 100 meqavat gücündə günəş elektrik stansiyası tikməyi planlaşdırır". / azxeber.com

Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev
Banka borcu olanlara bir yaxşı, bir pis xəbər – Yeni QAYDA
Nyu Cersi Trampa qarşı: Rus dizelini rədd etdi