"ABŞ Türk Hava Yollarının uçuşlarına rusların buraxılmaması məsələsi ilə bağlı Meksikaya təzyiq edir"
" class="imgbcode" />"Rusların Türk Hava Yollarının Meksikaya uçan təyyarələrinə minməsinə mane olan səbəb Vaşinqtonun ölkə hakimiyyətinə təzyiqi ilə sıx bağlıdır".
KONKRET.az xəbər verir ki, bunu TASS-a Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Ryabkov xatırladıb ki, çətinliklər təkcə Türk Hava Yollarının Meksikaya uçan reyslərində yaranmır. "Bəzi digər Latın Amerikası ölkələrinə səyahət edən Rusiya vətəndaşları da bu problemlə üzləşiblər", – deyə Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini bildirib.
"Ümumiyyətlə, bu qəbildən olan bir çox məsələlər tez bir zamanda həllini tələb edir", – deyə o, əlavə edib: "Bunlar təkcə konsulluq məsələləri deyil, hər hansı bir şəxsin ayrılmaz hüququ kimi sərbəst hərəkət mövzusu ilə bağlı məsələlərdir.
Qeyd edək ki, fevralın sonundan etibarən Türk Hava Yollarının İstanbuldan Latın Amerikasına uçuşlarına rusların buraxılmaması halları daha tez-tez baş verir. Rusiyanın Ankaradakı səfirliyi çərşənbə axşamı səhər öz internet səhifəsində bildirib ki, şirkətə və Türkiyə Xarici İşlər Nazirliyinə müraciətlərə baxmayaraq, Türkiyə tərəfinin nümayəndələri baş verənlərin səbəbləri ilə bağlı heç bir yazılı izahat vermirlər.
Xatırladaq ki, çərşənbə günü Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rusların Türk Hava Yollarının reyslərində səyahət etməkdən imtina etməsi probleminin Moskva ilə Ankara arasındakı dostluq münasibətləri sayəsində həll olunacağına əmin olduğunu bildirib. Həmçinin, Rusiyanın Meksikadakı səfirliyindən TASS-a bildirilib ki, ölkə hakimiyyəti bu problemin həlli ilə məşğuldur.
Günel Mikayılova,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev
Banka borcu olanlara bir yaxşı, bir pis xəbər – Yeni QAYDA
Nyu Cersi Trampa qarşı: Rus dizelini rədd etdi