İsti havalardan qorunmaq üçün bunları edin, əks halda
Yay istisində sağlam qalmaq üçün tövsiyyələr.
Yayın istisinin özünü hiss etdirdiyi bu günlərdə geyiniləcək paltardan tutmuş, qəbul edilən qidaya qədər bir çox məqamları nəzərə almaq lazımdır. Xüsusilə xroniki xəstəliyi olanlar və yaşlı insanlar isti havanın mənfi təsirlərindən daha çox təsirlənə bilər. Kifayət qədər su içmək və günəşin zərərli təsirlərindən qorunmaq üçün tədbirlər görmək diqqət yetirilməli məsələlər arasındadır.
azxeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Dr. Ayça Serap Çakır isti havalarda alınacaq tədbirlər haqqında məlumat verib.
O bildirib ki, yay aylarında hava istiliyinin artması ilə orqanizmin su itkisi artmağa başlayır. Xüsusilə ürək, şəkər, təzyiq kimi xroniki xəstəlikləri olan insanlar maye itkisinə daha çox diqqət etməlidirlər. Yüksək qan təzyiqi xəstələrinin istifadə etdiyi bəzi dərmanların sidikqovucu xüsusiyyətlərə malik olması həddindən artıq temperatur səbəbiylə artan maye itkisini daha da təhlükəli səviyyələrə çatdıra bilər. Maye itkisi ilə yanaşı, orqanizmin elektrolit balansını tənzimləyən natrium, kalsium və kalium kimi minerallar da orqanizmdən xaric olur. Dehidrasiya yalnız yüksək təzyiq xəstələrinə deyil, diabet xəstələrinə də təsir edə bilər, çünki qan şəkərinin səviyyəsini dəyişir. Bədəndən xaric olan mayeni əvəz etməyin ən sağlam yolu kifayət qədər su içməkdir. Unutmayaq ki, təravətləndirmək üçün qəbul edilən digər maye içkilər suyu əvəz etmir. Gün ərzində 2,5 - 3 litr su içmək, itirilən mineralları almaq üçün ayran və mineral su içmək vacibdir.
Qeyd edək ki, immunitet sisteminə müsbət təsirləri bilinən D vitamini baxımından yay ayları maksimum faydanın təmin ediləcəyi bir dövrdür. Xüsusilə günəş zirvədə olduqda, D vitamini daha çox qəbul edilə bilər. Ancaq günəşin zərərli təsirlərindən qorunmaq üçün dərinin daha incə olduğu qol, boyun və baş nahiyəsini qoruyacaq vəziyyətdə maksimum 10-15 dəqiqə günəş altında qalmaq lazımdır. Dəniz kənarında günəş altında daha çox vaxt keçirəcəksinizsə, ultrabənövşəyi şüalardan, günəş yanıqlarından və istilik vurmasından qorunmaq üçün səhər və ya günortaya üstünlük verilməlidir.
İstinin burulğan təsirindən qurtulmaq üçün nəm köynək və ya papaq ilə sərinləmək əvvəlcə təravətləndirici təsir göstərə bilər. Ancaq yaş papaq və ya köynəklə sərinləməyə çalışmaq ciddi xəstəliklərə səbəb ola bilər. Soyutma təsirini artırmaq üçün kondisioner və ya küləyin qarşısında yaş paltarla vaxt keçirmək pnevmoniya və ya fibromiyalji kimi xəstəliklərin yolunu aça bilər.
Kondisioner qızmar istidə xilaskar kimi görünür. Bununla belə, kondisionerdən düzgün istifadə etmək vacibdir. Ani temperatur dəyişiklikləri ürəyə mənfi təsir göstərə bilər. Kondisionerlə üzbəüz sərinləmək və ya kondisionerlə yatmaq müxtəlif narahatlıqlara səbəb ola bilər. Xalq arasında kondisioner xəstəliyi kimi də tanınan legioner xəstəliyinə qarşı kondisionerlərə texniki qulluq da diqqətdən kənarda qalmamalıdır.
Oksana Orucova

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?