İsveç və Finlandiya 33 nəfəri Türkiyəyə ekstradisiyadan imtina etdi
NATO-ya üzv olmaq prosesinə başlayan İsveç və Finlandiya Ankaranın ekstradisiyasını tələb etdiyi, Türkiyədə qadağan olunmuş FETÖ və Kürdüstan Fəhlə Partiyasının (PKK) 33 üzvündən heç birini ekstradisiya etməyib.
KONKRET.azxəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın bir müddət əvvəl verdiyi açıqlamaya görə, Türkiyə Finlandiya və İsveçin NATO-ya qəbulu ətrafında gedən prosesləri izləyir və hələlik buna müsbət baxa bilmir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə qeyd edib ki, Finlandiya və İsveç Ankaranı narahat edən məsələlərdə Türkiyə ilə işləməyə hazır olduqlarını bəyan ediblər.
"NATO-ya üzv olmaq istəyən İsveç və Finlandiya din xadimi Fətullah Gülənin (FETÖ) terror təşkilatı və PKK-dan olan terrorçuları Türkiyəyə təhvil vermirlər. Türkiyə Finlandiyadan 12 nəfərin ekstradisiyası prosesinə başlayıb ki, bunlardan altısı FETÖ üzvüdür, altısı isə PKK ilə əlaqəlidir. Həmçinin İsveçdən 21 nəfərin ekstradisiyasını tələb edib ki, bunlardan 10-u FETÖ, 11-i PKK üzvüdür. Hər iki ölkə məhkəmə qərarlarına və sübutlarına uyğun olaraq qərar verilən 33 ekstradisiya tələbindən heç birinə müsbət cavab verməyib", – deyə bu barədə verilən məlumatda deyilir.

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib
İran nüvə silahına sahib ola bilməz
Azərbaycanda Anım Günüdür
Tovuzda yolu keçmək istəyən iki məktəblini avtomobil vurdu
Elnarə Abdullayeva nənə olacaq
Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə
Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test