İsveç və Finlandiya bu gün NATO-ya QƏBUL EDİLƏCƏK - Stoltenberq
İsveç və Finlandiya bu gün NATO-ya qəbul ediləcək.
KONKRET.az "Reuters"ə istinadən xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq ölkələrin bloka qoşulma tarixini açıqlayıb.
Finlandiya və İsveç iyunun 29-da NATO-ya üzv olacaqlar.
Baş katibin sözlərinə görə, Helsinki və Stokholm blokun Madriddə keçirilən sammitində NATO-ya qəbul olunacaq.
O qeyd edib ki, dəvət 30 parlamentdə ratifikasiya prosesindən keçməlidir.
"Bu, həmişə bir qədər vaxt tələb edir, lakin mən də bunun kifayət qədər tez baş verəcəyini gözləyirəm, çünki müttəfiqlər ratifikasiya prosesini sürətləndirməyə cəhd etməyə hazırdırlar", – Stoltenberq bildirib.
Bundan əvvəl NATO Türkiyə ilə İsveç və Finlandiyanın alyansa qəbulu ilə bağlı razılığa gəldiyini açıqlayıb. Türkiyə prezidentinin administrasiyası bildirib ki, Ankara iki ölkədən də istədiyi addımları ala bilib və onların alyansa üzv olması qarşısındakı maneələr aradan qalxıb.
Stoltenberq İsveç və Finlandiyanın alyansa qoşulmasının mövcud olduğu müddət ərzində ən sürətli üzvlüyə qəbul olduğunu bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?