İsveç və Finlandiyanın parlament sədrləri Türkiyəyə SƏFƏR EDƏCƏK
İsveç və Finlandiya parlamentlərinin sədrləri NATO-ya üzvlük məsələsini müzakirə etmək üçün Türkiyəyə səfər edəcəklər.
KONKRET.azxəbər verir ki, bu barədə Türkiyə parlamentinin sədri Mustafa Şentop "CNN Türk" telekanalının efirində deyib.
Onun sözlərinə görə, səfər gələn ay baş tutacaq.
"İsveç və Finlandiya Türkiyəyə bir sıra vədlər verib. Biz prosesi izləyirik. İki ölkə parlamentinin rəhbərləri yanvarda Türkiyəyə səfər edəcək. Onların pozitiv və qətiyyətli olduqlarını görürəm. İsveç və Finlandiya milli təhlükəsizliklərini gücləndirmək üçün NATO-ya üzv olmaq istəyirlər. Biz buna inanmalıyıq, bunun üçün konkret addımlar atmalıdırlar. Bunun fonunda Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsinə qərar verəcək", – Sentop bildirib.
Qeyd edək ki, İsveç və Finlandiya may ayında Şimali Atlantika Alyansına üzvlük üçün müraciət edib, lakin Türkiyə onlardan dövlət çevrilişinə cəhddə ittiham olunan şəxslərin ekstradisiyasını tələb edərək NATO-ya üzvlük prosesini əngəlləyib.
İqbal Rzayev,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim