İsveçrənin qarlı zirvələrində "Odlar Yurdu"nun hərarəti tamaşaçıları heyran etdi - FOTOLAR

İsveçrənin qarlı zirvələrində "Odlar Yurdu"nun hərarəti tamaşaçıları heyran etdi - FOTOLARİsveçrənin Sankt-Moritz şəhərində Qar polosu üzrə Dünya Kuboku turniri başa çatıb.
Publika.az xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə çempionatda iştirak edən "Land of Fire" komandası Avropa tamaşaçılarına Polonun vətəni Azərbaycanın atçılıq ənənələrini, Odlar Yurdunun füsunkar təbiətə, qədim mədəniyyətə malik olmaqla yanaşı, güclü idmançılar diyarı olmasını nümayiş etdirib.
25 yanvar 2020-ci il tarixində Azərbaycan komandası "St. Moritz" komandası ilə qarşılaşıb. Çox gərgin şəraitdə keçən görüşdə təmsil­çimiz böyük qələbə əzmi nümayiş etdirib və rəqib idmançıların şiddətli müqa­viməti ilə üzləşib. Qarşılaşmanın yekunu olaraq "Land of Fire" komandası finala vəsiqə qazanıb.
Günün ikinci oyununda "Mazerati" komandası "Badrutt"s Palace Hotel" komandasına qalib gəlib.
Proqrama uyğun olaraq 26 yanvarda turnirin üçüncüsünün müəyyən olunması üçün "Mazerati" və "Badrutt"s Pa­lace Hotel" komandaları qarşılaşıb. Bu görüşdə "Mazerati" ko­mandası öz rəqibindən üstün olub.
Ölkəmizi təmsil edən "Land of Fire" komandası final görüşündə turnirin ən güclü komandası sayılan "St. Moritz" ilə qarşılaşıb. Gərgin və kompromissiz mübarizə şə­raitində keçən qarşılaşma rəqibin qələbəsi ilə ye­kunlaşıb. Beləliklə də, təmsilçimiz turnirin ikincisi olub.
Final görüşündən sonra qaliblərin mükafatlandırılması mərasimi baş tutub. Eyni zamanda, turnirin ən yaxşı oyunçusu, ən yaxşı ko­mandası və ən yaxşı atı nominasiyaları üzrə mükafatlar və hədiyyələr təqdim olunub.
Beynəlxalq Polo Federasiyasının təşki­latçılığı ilə "13-cü Polo üzrə Avropa Çempionatı" 10-20 sentyabrda Bakı şəhərində baş tutacaq. /publika.az

İdman       Tarix: 27 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

"Real Madrid" daha bir dünya çempionunu transfer edir

"Real Madrid" rəhbərliyi klubun heyətini gücləndirməyə davam edir. -a istinadən bildirir ki, madridlilər heyətə daha bir dünya çempionunu gətirməyə çalışacaq. ​İspaniyalı yarımmüdafiəçi Rodri "Mançester Siti"

"Neftçi" Varqasla müqavilə imzaladı

"Neftçi" yay transfer dövründə 5-ci transferini reallaşdırıb.  bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar" İsrailin "Makkabi" (Netanya) klubunun futbolçusu Freddi Varqası

Messi o məşhur şəkildən danışdı

Argentina millisinin kapitanı Lionel Messi 2007-ci ildə altı aylığında olan Lamin Yamal ilə çəkilmiş şəkil barədə fikirlərini bölüşüb.   -a istinadla xəbər verir ki, hazırda İspaniya millisinin və "Barselona"nı

Qurban Qurbanovdan şok qərar - Foto

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov şok qərar verib. KONKRET.azsportinfo-ya istinadla xəbər verir ki, o, Joni Montieli əsas komandadan uzaqlaşdırıb. Təcrübəli mütəxəssis ispaniyalı yarımmüdafiəçini qeyri-müəyyə

Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat aldı

FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb. AFFA-ya istinadən xəbər verir ki, o, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin 2 oyununda fəaliyyət göstərəcək. F. Lütfəliyev

Mahir Emreli bu kluba keçir: bu gün və ya sabah

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Polşanın "Rakuv" klubuna transferi yekunlaşmaq üzrədir. Report-a istinadla xəbər verir ki, 29 yaşlı hücumçu hazırda Ekstraklasa təmsilçisində tibbi müayinədən keçir

DÇ-nin bürünc və qızıl medal uğrunda son iki oyunu

Futbol üzrə 2026-cı il dünya çempionatı davam edir. ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi turnirdə bu gün üçüncü yerin sahibi bəlli olacaq. xəbər verir ki, həlledici görüşdə İngiltərə və Fransa yığmaları qarşılaşacaqlar

Anası stadion təmizləyir, o isə məşq edirdi... - İndi dünya çempionudur

İspaniya millisinin ulduzu Fabian Ruiz dünya çempionu olduqdan sonra təsirli həyat hekayəsi ilə gündəmə gəlib. xəbər verir ki, o, qızıl medal sevincini anası ilə birlikdə qeyd edib. Çünki anası Fabianın futbolçu olmasınd

"Qızıl buts"u o qazandı

DÇ-2026-nın yekunlaşması ilə yarışın bombardiri də müəyyənləşib. xəbər verir ki, "Qızıl buts" mükafatını Fransa millisinin hücumçusu Kilian Mbappe qazanıb. O, yarışı 10 qol və 4 məhsuldar ötürmə ilə tamamlayıb


son xeberler yeni xeberler azerbaycan xeberleri maşın realiti şou kriminal bugun cəbhədən son vəziyyət en son xəbərlər bugün