İtaiyanın dörd şəhərini aksiyalar bürüdü – Fermerlər əsas yolları bağlayır
Fransa və Almaniyadakı həmkarları ilə həmrəylik nümayiş etdirən italiyalı fermerlər ölkənin müxtəlif bölgələrində kənd təsərrüfatı texnikalarının iştirakı ilə yürüş ediblər.
Təşkilatçıların sözlərinə görə, aksiyada yüzdən artıq fermer iştirak edib. Abruzzo bölgəsində azı 30 maşından ibarət karvan magistral yolda hərəkəti iflic edib. Etirazlar Siciliya, Toskana və Romada da davam etdirilib.
Fransada fermerlərin aksiyaları isə səngimir. Traktorlar, ot tayaları və peyin qalaqları ilə əsas magistral yolları bağlayan fransalı fermerlər Tuluza, Strasburq, Lion, Bordo kimi iri şəhərlərə gedən yolları bağlayıblar. Fermerlər həmçinin prefektura və yerli hökumət binalarına tullantılar atırlar.
Həftə sonuna qədər ölkənin 96 departamentindən 85-ni əhatə edəcək aksiyaların qeyri-müəyyən müddətə uzanacağı ehtimal edilir.
Vəli Həsənov,
KONKRET.az

"Sabah" "Zirə"ni darmadağın etdi
Yaxın Şərqdə köhnə status-kvoya qayıtmaq mümkün deyil
İlham Əliyev: Cənubi Qafqaz sülh zonasına çevrilir
iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi
Qonşu ölkədə dollar kəskin bahalaşdı
Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ
Neymar 6 həftə oynamayacaq
Daha bir cüdoçumuz Avropa çempionu oldu
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
Məşhur aktyora 12 ilədək həbs tələb edildi
Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)
"Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb - "Euronews"
Yeddi nəfərə qarşı 80 min manatlıq dələduzluq edilib
Ağdamda traktor minaya düşdü