İtaliya millisi dünya çempionu oldu
İtaliya milli yığması kişi komandaları arasında keçirilən voleybol üzrə dünya çempionatının qalibi olub.
KONKRET.az xəbər verir ki, Filippinin paytaxtı Manilada keçirilən dünya birinciliyinin final oyununda onlar bolqarıstanlılarla qarşılaşıblar və 3:1 hesabı ilə qalib gəliblər.
İtaliya Prezidenti Sercio Mattarella qələbə münasibətilə milli komandanın üzvlərini təbrik edib, onlarla Romanın "Quirinale" Sarayında görüşməyi səbirsizliklə gözlədiyi bildirib.
Baş nazir Ciorcia Meloni isə milli komandanı qalib İtaliyanın qüruru adlandırıb.
İtaliya ardıcıl ikinci dəfə voleybol üzrə dünya çempionu olub. 2022-ci ildə Polşanın Katovitse şəhərindəki çempionatda da İtaliyanın kişilərdən ibarət voleybol komandası birinci yeri tutub. Eyni zamanda, bu, İtaliya millisinin 5-ci (1990-cı, 1994-cü, 1998-ci, 2022-ci və 2025-ci illər) tituludur.
Qeyd edək ki, İtaliyanın qadınlardan ibarət voleybol komandası da sentyabrda dünya çempionu adını qazanıb.

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
Su bidonuna düşən 7 yaşlı uşaq öldü