İtaliyada 1000-dən çox uçuş ləğv edilə bilər - SƏBƏB
İtaliyada hava limanında işçilərin tətili səbəbindən 1000-dən çox reys ləğv edilə bilər.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, tətil 270 min sərnişinə təsir edə bilər.
Məlumata görə, aeroport işçilərinin səkkiz saatlıq tətili yerli vaxtla saat 10:00-da başlayır və saat 18:00-a qədər davam edəcək.
Bundan əlavə, İrlandiyanın "Ryanair" və İspaniyanın "Vueling" aviaşirkətlərinin pilotları 4 saatlıq tətil keçirirlər.
Bayram dövründə tətilin ciddi nəticələrə səbəb olacağı qeyd edilir.
Belə ki, İtaliyanın "ITA Airways" şirkəti beynəlxalq və yerli marşrutlar üzrə 133 reysi ləğv edib. İşçilərin maraqlarını təmsil edən həmkarlar ittifaqları əmək haqqını tənzimləyən kollektiv müqavilənin yenilənməsini tələb edir.
Bildirilir ki, müqavilənin müddəti altı il əvvəl başa çatıb.
Xatırladaq ki, cümə axşamı İtaliya dəmiryolçuları tərəfindən ümummilli tətil keçirilib. Sektor işçilərinin 50%-dən çoxu tətildə iştirak edib ki, bu da şəhərlərarası qatarların ləğvinə və gecikməsinə səbəb olub.
İqbal Rzayev,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?