İtaliyadan Sloveniya ilə bağlı SƏRT ADDIM
"İtaliya və Sloveniya arasındakı sərhəd nəzarəti getdikcə güclənəcək".
KONKRET.az xəbər verir ki, bu sözləri İtaliyanın Daxili işlər naziri Matteo Piantedosi deyib.
Onun sözlərinə görə, nəzarətin güclənməsi üçün əlavə olaraq 400-dən çox İtaliya sərhədçisi cəlb edilib.
Matteo Piantedosi parlamentin Şengen zonası üzrə komitəsinə sərhəd bölməsində əvvəllər tətbiq edilmiş nəzarətin gedişi barədə məlumat verib. O xatırladıb ki, sərhəd nəzarəti 2023-cü il oktyabrın 21-də davam edən İsrail – Fələstin münaqişəsinin başlanmasından dərhal sonra tətbiq edilib. Həmin vaxtdan etibarən yoxlama aparan sərhəd polisinin sayı daha 419 nəfər artıb.
Piantedosi Sloveniyadan gələn insanlar üzərində yoxlamaların milli təhlükəsizlik səbəbilə aparıldığını və bir müddət davam edəcəyini bildirib. O əlavə edib ki, oktyabrın 21-dən dekabrın 31-dək sərhəddə demək olar ki, 150 min insan və 90 mindən çox avtomobildə axtarış aparılıb və 1500-dən çox insan İtaliyaya daxil ola bilməyən şəxs kimi müəyyən edilib. 52 qaçaqmalçılıq, 283 digər cinayət halı müəyyən olunub, 75 nəfər isə həbs edilib.
"Bu rəqəmlər işin həcmini və sərhəd nəzarətinin uğurunu göstərir", – deyə nazir vurğulayıb.
O, həmçinin bildirib ki, keçən il İtaliyaya təxminən 158 min miqrant gəlib ki, bu da 2022-ci ilə nisbətən 50%, 2021-ci ilə nisbətən isə 130% çoxdur. Əlavə edib ki, hazırda İtaliyada miqrant düşərgələrində 140 min insan var.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir
Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?
Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
39 yaşlı kişi evində ölü tapıldı
Mingəçevirdə yük maşını bataqlıqda batdı