İTV-nin əməkdaşının pulqabısı oğurlandı
İctimai Televiziyanın əməkdaşı Xanlar Mehdiyevin pulqabısı oğurlanıb.
Open.az-ın xəbərinə görə, bu barədə X.Mehdiyev özü məlumat verib.
Onun sözlərinə görə, oğurluq olan məkanda təhlükəsizlik kameraları kifayət qədərdir: "Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin Əşrəf adında tədqiqatçısına deyirəm, kameraya baxıb tapmaq olar. Mənə deyir ki, ay qardaş, onu yaddan çıxar, bizi yorma , biz Amerika polisiyik pul qabı oğrusunu kameradan baxıb tapaq? 10 günə bağlayacam sənədi. Maksimum sənə yaxşılığım arayış verməkdir ki, gedib sənədləri çıxarasan. O da jurnalist olmasaydın, ən azı 20 manatını almışdım, amma bilirəm, sonra problem olar. Belə adamlar polis adına ləkədir!!! Sonra zəng gəldi ki, pul qabın tapılıb. Ərizəni yazmışdım. Mənə verdi ki ərizəni, sən canın, götür, cır bunu, "102"yə yığ denən ki, şikayətim yoxdur. Sevincək yığdım ki, tapıldı sənədlərim, şikayətim yoxdur. Deməli, mənə pulqabım oğurlananda görənlər dedi ki, ağ köynək geyinmiş, keçəl oğlan idi. Təsadüfə baxın, pulqabını mənə verən oğlan da ağ köynək geyinmiş, keçəl oğlan idi. Həmin şəxsi də qiyabi tanıyıram, əyri işlərlə məşğuldur. Tədqiqatçıya əlaqə nömrəsini və ünvanını vermişəm. Hələ xəbər yoxdur".

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib