"İZ Community" tərəfindən yubiley yarmarka-vorkşopu təşkil olunacaq
Rəna Nəcəfzadə-Səadəddinovanın rəhbərlik etdiyi qadınlar cəmiyyəti "İZ Community" tərəfindən 10-cu yubiley yarmarka-vorkşopu – "Squeeze the Moment" təşkil olunacaq.
azxeber.com xəbər verir ki, 5 və 6 iyun tarixlərində, saat 12:00-dan 20:00-dək Bakıda keçiriləcək yarmarka-vorkşopa giriş sərbəstdir.
Builki tədbir inkişaf, ilham və səmimi ünsiyyət axtaran yüzlərlə qadını bir araya gətirir.
Tədbir şəhərin ən ab-havalı məkanlarından biri olan "Gizli Bahçe"də keçiriləcək və yerli, eləcə də beynəlxalq brendləri birləşdirəcək – dizayner geyimləri və akssesuarlarından tutmuş kosmetika, keramika və dekor məhsullarına qədər.
Qonaqları limon mövzulu master-klaslar, yay ab-havalı fotosahələr, musiqi proqramı və tanınmış media simaları ilə canlı diskussiya gözləyir.
"Bizim üçün ən vacibi – hər bir qadının özünü ifadə edə biləcəyi, işini tanıdacağı və həmfikir qadınlarla tanış olacağı bir mühit yaratmaqdır. Biz ilk addımlarını atan sahibkar qadınlara və startapçılara dəstək oluruq", - deyə "İZ Community"nin təsisçisi Rəna Nəcəfzadə-Səadəddinova bildirib.
"İZ Community" bu günə qədər 6000-dən çox aktiv iştirakçı, 450-dən artıq tədbir və 15000-dən çox ziyarətçi ilə böyüməyə davam edir.


Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA