İzzət Aydın: 'Azərbaycan xalqı türk xalqı ilə bir ürək olub, zəlzələnin yaralarını sarmağa çalışır
Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Sosial Media İstifadəçiləri Assosiasiyasının (USMEK) rəhbəri İzzet Aydın azxeber.com-a müsahibə verib.
- Dəhşətli zəlzələ baş verən Kahramanmaraşda son vəziyyət necədir?
- 6 Fevral, bazar ertəsi günü saat 04:17-də Kahramanmaraşın Pazarcık rayonunda 7.7, saat 13.24-də Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib.
Zəlzələlər, Kahramanmaraş, Hatay, Adıyaman, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Malatya və Kilisdə böyük dağıntılara səbəb olub. Zəlzələnin ilk dəqiqələrindən dövlət qurumları və özəl qurumlardan ibarət qruplar intensiv işlərə başlayıb. 99 ölkə zəlzələ bölgəsinə yardım təklif edib, 68 ölkədən xilasedicilər gəlib.
- Zəlzələ ilə bağlı Türkiyə mediasının fəaliyyətini necə qiymətləndirirsiniz?
- Türkiyə mediası zəlzələ kimi təbii fəlakətlərə qarşı çox həssasdır. Biz ölkə olaraq keçmişdə böyük zəlzələlər, fəlakətlər yaşamışıq. Bu səbəbdən türk jurnalistləri bu sahədə təcrübəlidirlər. Kahramanmaraş zəlzələsində də çox yaxşı imtahan verdilər. Jurnalistlər ilk dəqiqələrdən zəlzələ bölgəsinə axın etdilər. Hələ də orada işləyirlər. Qruplarla birlikdə xilasetmə işlərini yerində izləyir və hadisələri anbaan ictimaiyyətə çatdırırlar. Jurnalistlər çox fədakarlıq edirlər. Onların xəbərlərində insanlara yardım məqsədi hiss olunur. Bu səbəbdən də zəlzələdə türk mediasının rolu çox dəyərlidir. Biz jurnalistləri təqdirlə izləyirik.
- Azərbaycan xalqının, dövlətinin və mediasının dəstəyi haqqında nə düşünürsünüz?
- Azərbaycan bizim qardaş ölkədir. "İki dövlət bir millət" şüarı indi hər iki ölkədə devizə çevrilib. Biz zəlzələdə Azərbaycan xalqının yardım əlini aydın hiss etdik. Yeddidən yetmişə qədər Azərbaycan xalqı gecə-gündüz köməyə tələsirdi. Azərbaycan hökuməti yardım qruplarını səfərbər edərək Türkiyəyə göndərib. Qeyri-hökumət təşkilatları yardım dəstələri göndərir. Azərbaycan xalqı türk xalqı ilə bir ürək olub, zəlzələnin yaralarını sarmağa çalışır. Azərbaycan mediası zəlzələ xəbərləri ilə ictimaiyyətdə maarifləndirmə yaradıb. Azərbaycan zəlzələnin ilk günündən Türkiyənin yanında olub, qardaş ölkə olduğunu bir daha göstərdi. Biz Azərbaycan xalqını çox sevirik. Qardaş ölkə kimi onlar da bizi çox sevirlər. USMEK adından Azərbaycan hökumətinə və hər bir Azərbaycan vətəndaşına minnətdarlığımızı bildiririk. Yaxşı ki, varsınız.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir