"Jerusalem Post": "Azərbaycanlılar İranın əsarətindən xilas olmaq, Güney Azərbaycan dövlətini yaratmaq istəyir"

İran rejimi xarici qüvvələri, ilk növbədə, təbii ki, İsraili ölkədəki etnik azərbaycanlıları hakimiyyətə qarşı etiraz aksiyalarını dəstəkləməkdə ittiham edir. Bu ittiham İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmi teleqram kanalı vasitəsilə mütəmadi olaraq yayımlanır.
KONKRET.azxəbər verir ki, bu barədə "Jerusalem Post" qəzetində dərc olunan məqalədə deyilir.
Məqalədə deyilir ki, İrandakı hazırkı gərginliyin mərkəzi Təbriz şəhəridir. Şərqi Azərbaycan əyalətinin inzibati mərkəzi olan bu şəhərdə yaşayan müxtəlif hesablamalara görə təxminən 25 milyon etnik azərbaycanlı İranın əsarətindən xilas olmaq və Güney Azərbaycan adlı ayrıca dövlət yaratmaq istəyir.
"Bu yaxınlarda şəhərdə İran rejiminə qarşı növbəti etiraz dalğası baş verib. Son aylarda rejim nümayişləri yatırıb və kütləvi həbslər həyata keçirib. İranın təhlükəsizlik qüvvələri hətta zorakılığa əl atmaqdan da çəkinməyib ki, nəticədə onlarla sakin həlak olub. Qeyd etmək lazımdır ki, bu şəhər qanlı İran rejimi üçün böyük əhəmiyyət kəsb edir. Hakimiyyət qorxur ki, əgər şəhər və onun ətrafı öz müstəqilliyini elan edərsə, bu, rejimin süqutunu sürətləndirə bilər", – məqalədə vurğulanır.
Buna sübut kimi son vaxtlar nümayişçilərin müstəqil Güney Azərbaycanın bayrağının təsviri olan çoxsaylı plakatlar asmağa başladıqları göstərilir. Təhlükəsizlik qüvvələrinin nəzarətində olan inzibati və ictimai binaların divarlarına da oxşar vərəqələr yapışdırılır.
Daha sonra məqalədə İsrail və İranın Azərbaycandakı səfirləri arasında tviterdə baş verən "söz atışması"ndan bəhs edilir. Belə ki, diplomatların sosial şəbəkələrdə bir-birini tənqid edən atmacaları geniş müzakirələrə səbəb olub.
Xatırladaq ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik ötən il tviter səhifəsində iranlıları narahat edən paylaşım edib. O, Azərbaycan və onun mədəniyyətinin Təbriz şəhəri ilə tarixi bağlarından bəhs edən kitab haqqında yazıb və bu şəhərin İrana deyil, Azərbaycan xalqına məxsus olduğuna eyham vurub. İran səfiri Seyid Abbas Musəvi isə cavabında onu "qeyrətli Təbriz camaatı tərəfindən dəfn ediləcək şər sionist" adlandırıb.
Məqalə müəllifi daha sonra Azərbaycan-Gürcü Yəhudi İcmasının sədri ravvin Zamir İsayevdən sitat gətirib: "Təbriz Azərbaycan vətəndaşları üçün tarixi yerdir. Rəsmi Tehran yəhudiləri və İsraili əhalini etiraz və üsyana təhrik etməkdə ittiham edir, azərbaycanlılar isə bu təbliğata inanmır".//Report

Siyasi       Tarix: 17 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

"Azərbaycan öz zəfərini həm də quruculuq sahəsində davam etdirir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidə, Zəfər tağının önündən xalqa müraciəti Azərbaycanın bugünkü gücünü və gələcək hədəflərini ifadə edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının müraciətind

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin


yeni xeberler son xeberler azerbaycan xeberleri bugunun xeberleri son xabarlar son xeberler az azerbaycanda son xeberler