"Judo Club 2012"nin uğur estafeti davam edir

"Judo Club 2012"nin uğur estafeti davam edirPaytaxtın ən müasir idman təsisatlarından olan "Judo Club 2012"nin yetirmələri ölkədaxili yarışlarda uğurlu çıxışlarını davam etdirirlər.
Noyabrın 21-22-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində kişilər və qadınlar arasında təşkil olunan cüdo üzrə açıq Bakı çempionatında təmsilçiləri 2 qızıl, 3 gümüş və 6 bürünc medal qazanan "Judo Club 2012" komanda hesabında birinci yeri tutub.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 27 klubu təmsil edən 235 (201 kişi, 34 qadın) idmançı mübarizə aparıb.
"Judo Club 2012"nin yetirmələrindən Hüseyn Məmmədov (+100 kq) və Aidə Baxışova (-70 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Nihat Ələsgərli (-66 kq), Diana Şoranova (-63 kq) və Nərgiz İbrahimova (-70 kq) isə yalnız finalda məğlub olaraq gümüş medalla kifayətləniblər. Klubun aktivinə bürünc medalları isə Fərid Qəzənfərov (-66 kq), İsa Əliyev (-66 kq), Əbdülcəlal Hüseynov (-81 kq), Abdulla Abdullayev (-81 kq), Əbülfət Əliyev (-100 kq) və Günel Quliyeva (-70 kq) qazandırıblar.
Şəhər çempionatında fərqlənən cüdoçular gələn ay keçiriləcək Azərbaycan birinciliyində iştirak etmək hüququ əldə ediblər.
Ötən həftə Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında keçirilən 20-ci respublika birinciliyində "Judo Club 2012"nin karateçilərinin çıxışları da uğurlu olub: 1 qızıl, 2 gümüş, 1 bürünc medal. Klubun aktivinə qızıl medalı 16-17 yaşlı idmançıların yarışında -76 kq çəki dərəcəsində çıxış edən Fərid Ağayev yazdırıb. Bu yaş kateqoriyasında qüvvəsini sınayan klubun istedadlı yetirmələrindən Fidan Dadaşova (-48 kq) və Abbas Dadaşov (-68 kq) gümüş medal qazanıblar. 12-13 yaşlıların mübarizəsində iştirak edən Kamal Amaşov (-45 kq) isə bürünc medala layiq görülüb.
"Judo Club 2012"də fəaliyyət göstərən ciu-citsu bölməsinin yetirmələri Şağan Olimpiya İdman Kompleksində təşkil olunmuş Braziliya ciu-citsusu üzrə Azərbaycan çempionatında öz qüvvələrini sınayıblar. Onlar çempionatı 17 (9 qızıl, 4 gümüş, 4 bürünc) medalla başa çatdırıblar.
Uşaqlar, yeniyetmələr, böyüklər və veteranlar arasında keçirilən yarışda respublikada fəaliyyət göstərən 32 klubdan 250-dən çox idmançı mübarizə aparıb.
Gi və no-gi versiyaları üzrə keçirilən yarışda klubun idmançıları Braziliya ciu-citsusu üzrə məşqçi Ceyhun Quluzadənin rəhbərliyi altında geniş heyətlə təmsil olunublar. Klubun idmançılarından Əbülfəz Nağıyev (31 kq), Ənvər Nəcəfov (36 kq), Amin Quliyev (55 kq), Nail Əmirov (71 kq), Emin Əsədov (79 kq), Çingiz Mehdiyev (79 kq), Rauf Atakişiyev (91 kq), Ruslan Nağıyev (91 kq) və Məmməd Tağızadə (100 kq) müxtəlif kateqoriyalar üzrə bütün rəqiblərinə qalib gələrək qızıl medallara layiq görülüblər. Xalid Süleymanlı (20 kq), Bağır Əliyev (31 kq), Zakir Babayev (79 kq), Teymur İslamov (91 kq) çempionatın gümüş medallarına sahib çıxıblar. Müslim Əliyev (29 kq), Murad İsmiyev (71 kq), Paşa Paşazadə (72 kq) və Niyaz Bağırov (79 kq) isə üçüncü yeri tutublar.
Yarışın qalibləri Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin diplomları və medalları ilə təltif olunublar. /publika.az

İdman       Tarix: 27 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

UEFA Konfrans Liqası: "Neftçi" mübarizəyə başlayır

"Neftçi" UEFA Konfrans Liqasında bu gün mübarizəyə başlayır. bildirir ki, Yuri Vernidubun baş məşqçisi olduğu komanda turnirin II təsnifat mərhələsinin ilk oyununda, Bakıda Belarusun "Dinamo" (Minsk) kollektivini qəbul edəcək

UEFA Avropa Liqası: "Qarabağ" SSKA-nı qəbul edəcək

Bu axşam UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" növbəti sınağına çıxacaq. milliaz-a istinadən xəbər verir ki,  Ağdam klubu doğma meydand

"Qalatasaray" Barış Alper Yılmazla bağlı qərarını verdi

Türkiyə Superliqası təmsilçisi "Qalatasaray" futbol komandasının hücumçusu Barış Alper Yılmaz gələn mövsüm də komandada qalacaq. -ə istinadən bildirir ki, İstanbul klubunun rəhbərliyi Avropanın bir sıra komandalarını

Mahir Emreli bu kluba keçir: bu gün və ya sabah

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Polşanın "Rakuv" klubuna transferi yekunlaşmaq üzrədir. Report-a istinadla xəbər verir ki, 29 yaşlı hücumçu hazırda Ekstraklasa təmsilçisində tibbi müayinədən keçir

Harri Keyndən yeni rekord

İngiltərə millisinin hücumçusu Harri Keyn yığma komandanın tarixində ən çox oyun keçirən meydan oyunçusu adına sahib çıxıb. milliaz-a istinadən xəbər verir ki, təcrübəli forvard bu göstəriciyə DÇ-2026-nın Argentina ilə yarımfina

"Qarabağ"ın iştirak ərizəsi - Heyətdə dəyişiklik var

"Qarabağ" Avropa Liqasının 2-ci təsnifat mərhələsində ÇSKA (Bolqarıstan) ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib. -a istinadla xəbər verir ki, "Vestri" (İslandiya) matçda olduğu kimi Joni Montie

Messi İngiltərə üzərindəki qələbəni görün kimə həsr etdi

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın yarımfinalında İngiltərə üzərində qazanılan 2:1 hesablı qələbəni Argentina futbolunun əfsanəsi Dieqo Maradonaya həsr edib. xəbər verir ki, Messi oyundan sonra belə deyib:

Dünya Kubokunun zirvə savaşı: İspaniya "divarı", yoxsa Messi "sehirbazlığı"?

2026 FIFA Dünya Kubokunda həyəcan zirvəyə çatıb! ABŞ-da keçirilən möhtəşəm turnirin finalında müdafiəsi ilə seçilən məğlubedilməz İspaniya ilə Lionel Messinin liderlik etdiyi hücum gücü yüksək Argentina Nyu-Cersidə yerləşən

"Real Madrid" daha bir dünya çempionunu transfer edir

"Real Madrid" rəhbərliyi klubun heyətini gücləndirməyə davam edir. -a istinadən bildirir ki, madridlilər heyətə daha bir dünya çempionunu gətirməyə çalışacaq. ​İspaniyalı yarımmüdafiəçi Rodri "Mançester Siti"


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən xəbər sosial yardim xəbərlər.com cəbhədən son xəbər