Juninyonun transferi: Ağdam klubunun maliyyə itkisi olacaq
"Qarabağ"ın hücumçusu Juninyonun Braziliyanın "Flamenqo" klubuna keçidi gerçəkləşmək üzrədir.
KONKRET.az qol.az-a istinadla xəbər verir ki, 28 yaşlı hücumçunun bu gün tibbi müayinədən keçəcəyi, daha sonra Rio təmsilçisi ilə müqavilə imzalayacağı gözlənilir.
İlkin məlumata görə, müqavilə 2028-ci ilin sonuna qədər imzalanacaq.
Transfer üçün qarşı tərəfin Ağdam klubuna 5 milyon avro ödəyəcəyi iddia olunur. "Flamenqo"nun "Qarabağ"a ödəyəcəyi 5 milyon avronun hamısı heç də Ağdam klubuna çatmayacaq. Bunun səbəbi "Qarabağ"la Juninyonun əvvəlki klubu olan Portuqaliyanın "Şaveş" klubu arasında imzalanan müqavilədir.
Sözügedən müqavilə 2023-cü ilin yayında bağlanıb. Müqaviləyə əsasən, "Qarabağ" Portuqaliya klubuna 600 min avro ödəyərək Juninyonu heyətinə qatıb.
Həmçinin müqavilədə yer alan bir bənddə əsasən, "Şaveş"in Juninyo üzərində müəyyən haqqı qalıb. Buna əsasən, "Qarabağ" Juninyonu başqa bir kluba satacağı halda qazanacağı gəlirin 15 faizini Portuqaliya təmsilçisinə ödəməlidir. Bu, 750 min avro deməkdir.Yəni Ağdam klubuna 4 milyon 250 min avro çatacaq.
Kurslar.az kurslar [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu