Kadir İnanır xəstəxanaya yerləşdirildi
Türkiyənin məşhur aktyoru Kadir İnanır İstanbulda yerləşən "Fulya Acıbadem" xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
azxeber.com xəbər verir ki, bu barədə "Yeni Şafak" nəşri aktyorun həyat yoldaşı Jülide Kuralın sözlərinə istinadən məlumat yayıb.
Bildirilib ki, Kadir İnanıra pnevmoniya (sətəlcəm) diaqnozu qoyulub.
77 yaşlı aktyorun həyat yoldaşı qeyd edib ki, məşhur sənətkarın ağciyərlərində soyuqlama nəticəsində infeksiya yaranıb. Bununla belə, onun səhhətinin yaxşılaşmağa doğru getdiyi vurğulanıb.
Jülide Kuralın sözlərinə görə, aktyorun yaxın iki gün ərzində adi palataya köçürülməsi planlaşdırılır.
O həmçinin bildirib ki, Kadir İnanırın uzun illərdir davam edən siqaret çəkmə vərdişi onun sağlamlığına və müalicə prosesinə mənfi təsir göstərib.

UEFA Avropa Liqası: "Qarabağ" cavab oyununa çıxır
Messi İngiltərə üzərindəki qələbəni görün kimə həsr etdi
DÇ-2026-nın final oyununu o idarə edəcək
UEFA Avropa Liqası: "Qarabağ" II təsnifat mərhələsinə yüksəldi
Kəlbəcərdə çayda batan 11 yaşlı yeniyetmənin meyiti tapıldı
Yeni Zelandiyada güclü zəlzələ baş verdi
Biləsuvarda üç avtomobil toqquşdu: 1 nəfər öldü
Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanıldı
İran Günaz TV-nin adını bu siyahıya saldı
Pelenin forması 4,88 milyona satıldı
Şuşanın sədası, Ağ Evin əks-sədası
Bayramovla Lavrovun görüşü başladı
Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir
Tramp Əliyevin sözlərini paylaşdı - FOTO
DÇ-nin bürünc və qızıl medal uğrunda son iki oyunu