Kadir İnanırın son vəziyyəti AÇIQLANDI
Mayın 15-də vəziyyəti pisləşdikdən sonra Beşiktaşdakı xəstəxanaya aparılan və reanimasiyaya yerləşdirilən məşhur aktyor Kadir İnanırın sağlamlıq vəziyyəti ilə bağlı açıqlama yayılıb.
azxeber.com Bakupost.az-a istinadla xəbər verir ki, xəstəxana aktyorun sağlamlıq vəziyyətində yaxşılaşma olduğunu, lakin bir müddət reanimasiyada qalacağını bildirib.
Kadir İnanırin həyat yoldaşı Jülide Kural sənətçinin sağlamlıq vəziyyəti ilə bağlı açıqlamasında onun ağciyər infeksiyası səbəbindən reanimasiyaya yerləşdirildiyini bildirib.
"Təəssüf ki, Kadir soyuqdəymə keçirdi. Soyuqdəymə səbəbindən ağciyərlərində infeksiya yarandı. Bu gün vəziyyəti daha yaxşıdır.
Həkimləri yaxşılaşdığını, lakin daha diqqətli olması üçün reanimasiyada müşahidə altında saxlamaq məcburiyyətində olduqlarını bildirdilər. İki gündən sonra adi palataya köçürüləcək", – Jülide Kural deyib.
Xanımı, həmçinin siqaret çəkməyin sənətçinin sağlamlığına mənfi təsir etdiyini bildirərək, "Onun ən böyük düşməni siqaretdir, ümid edirəm ki, tərgidər" deyə vurğulayıb.
Sənətkar Kadir İnanırın sağlamlıq vəziyyəti ilə bağlı ilk açıqlamanı onun həkimi, professor Dr. Hüsnü Görgen verib:
"Dünən xəstəxanamıza qəbul edilən xəstəmiz Kadir İnanır, pnevmoniyanın yaratdığı tənəffüs çətinliyi səbəbindən tibbi müayinədən sonra reanimasiya şöbəsinə yerləşdirildi. Müalicəsi reanimasiya şöbəsində davam edir və intubasiyaya ehtiyac olmadan qeyri-invaziv tənəffüs dəstəyi alır. Ümumi vəziyyəti yaxından izlənilir və dünəndən bəri klinik vəziyyətində qismən yaxşılaşma müşahidə olunur. O, bir müddət reanimasiya şöbəsində müşahidə altında qalacaq".
Xidmetler [newsid: 0-123300]

İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR
Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub