Kalaşnikovdan erməni lobbisinə sərt reaksiya: "Niyə ruslar sizə həmişə borclu olmalıdır?!" - VİDEO

Kalaşnikovdan erməni lobbisinə sərt reaksiya: "Niyə ruslar sizə həmişə borclu olmalıdır?!" - VİDEO Kalaşnikovdan erməni lobbisinə sərt reaksiya: "Niyə ruslar sizə həmişə borclu olmalıdır?!" - VİDEO
Qarabağ məsələsi, erməni lobbisinin sifarişləri Rusiyanın federal kanallarında qarşıdurma yaratmağa başlayıb. 
Siyasi ekspertlər iki hissəyə parçalanıb: Ermənistanın maraqlarını müdafiə edənlər və Kremli əsas tutanlar. 
"Russia-1"də yayımlanan "60 Dəqiqə" verilişində yaşananlara diqqət yetirək. 
Rusiyanın dövlət kanallarında erməni lobbisi tərəfindən maliyyələşdirilən tok-şoular yerli mütəxəssisləri narahat etməyə başlayıb. 
Rəsmi Moskvanın maraqlarını düşünən ekspertlər verilişləri tənqid edir. Bu mütəxəssislər münaqişəyə Rusiyanı qatmaq istəyənləri anlamır. 
Rusiya Federasiyasının Dövlət Dumasının sədri Leonid Kalaşnikov və rusiyalı jurnalist Olqa Skabeyeva "60 Dəqiqə" verilişində məsələ ilə bağlı öz fikirlərini bildirib:
Leonid Kalaşnikov: "Niyə Rusiya kiminsə ardınca düşüb onu müdafiə etməlidir? Erməni təyyarələrini vurduğu iddia edilən türk təyyarəsindən səs çıxmadı. Bu muzdlular da ciddi "fake"dir. Mənə Rusiya maraqlıdır. Rusiyanı daima bu münaqişəyə daxil etmək istəyirlər.
Mən bu təhlükəni ilk gündən görürəm. Bilirsiniz niyə? Bütün bizim liberal federal KİV, bütün jurnalistlər birləşib Rusiyanı qatmaq istəyirlər. Onlara maraqlı deyil ki, burada heç nə sübut olunmayıb. Hələ o vaxt Antanta, Böyük Britaniya Qarabağı Azərbaycan ərazisi kimi tanımışdı. Rusiyadan əvvəl. Rus məktəblərini, kanallarını bağlayanlar, niyə ruslar sizə həmişə borclu olmalıdır?" 
Olqa Skabeyeva: "Sizin təklifiniz?" 
Leonid Kalaşnikov: "Mən sizə demişəm. Rusiya, Azərbaycan və Ermənistan danışıqlar masasına oturmalıdır. Amma belə yox ki, biz sizin arxanızdan işlər görəcəyik, bizə heç kim heç nə etməyəcək. Belə yox! Onların rəhbərliyi sülhməramlı istəyir. Deyib! Öncə dedi, lazım deyil, sonra istədi". 
Olqa Skabeyeva: "Xeyr! Bu, TASS informasiya agentliyinin səhv interpretasiyasıdır. Sonra Nikol Paşinyanın dəqiq tərcüməsini dərc ediblər. O, çox ağıllı cavab verib ki, bu sual başqa situasiyada başqa iştirakçılarla Minsk qrupu ilə müzakirə edilməlidir. "Fake" kim tərəfdəndir, siz cavab vermədiniz?"
Leonid Kalaşnikov: "Fake"lər? Sizin tərəfdəndir. Öncə siz bu "fake"i yaydınız, mən bunu KİV-də oxumuşam". 
Olqa Skabeyeva: "Təyyarə barəsində bəs baş nazir xəbər verməmişdi ki?"
Leonid Kalaşnikov: "Siz bu xəbərin yalan olduğunu bu gün dəqiqləşdirmisiniz. Amma əvvəl siz bu "fake" xəbəri müzakirə edirdiniz!" 
"Fake" xəbərlərlə təxribat yaradan tok-şoularda ermənipərəstləri rusiyalı hərbi ekspert İqor Korotçenko da qınayıb.
O bildirib ki, təxribat xarakterli çıxış edənlər Rusiya Federasiyasının maraqlarını əks etdirmir:
"Dəqiq anlayaq: Rusiya siyasi tok-şoularındakı heç bir ekspertin çıxışı Kremldə qəbul olunan siyasi qərarlara təsir etmir. Putin siyasi və hərbi qərarlarını yalnız Rusiya XİN-in, Müdafiə Nazirliyinin, kəşfiyyatının, xüsusi xidmət orqanlarının, həmçinin, Prezident Administrasiyasının analitik strukturlarının təqdim etdiyi məlumat və tövsiyələr əsasında qəbul edir. 
Mən istisna etmirəm ki, mənim bir sıra həmkarlarım Ermənistana şəxsi simpatiyalarından çıxış edir, bir hissəsi Rusiyadakı erməni lobbisi tərəfindən ələ alınıb, lakin istənilən halda hansı mövqenin səsləndirilməsindən asılı olmayaraq, Putin qərarlarını siyasi tok-şoular əsasında qəbul etmir". 
Görünür, siyasi şərhçilər erməni lobbisindən dəstək alanları ifşa edib, yaxud Moskvanın Qarabağdakı əməliyyatlarda bitərəf qalması lobbiyə xidmət edənləri narahat edir. Rusiyada mövqelər milli maraqlar məcrasına yönəlir.

/oxu.az

Siyasi       Tarix: 06 noyabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm


yeni xeberler son xeberler azerbaycan xeberleri xabar az cebheden xeber xeber.az 2026 kriminal bugun