"Kalmar oyunu"nun aktyorunun barmaqları kəsildi - FOTO
"Kalmar oyunu"nun aktyorunun barmaqları kəsildi - FOTO
Bədbəxt hadisə nəticəsində "Kalmar oyunu" serialının aktyoru və yazıçısı Cefri Culianonun iki barmağı kəsilib.
70 yaşlı sənətçi Pattayadakı (Tayland) evində təmir işləri apararkən, təmir ustası onun yanında motorlu mişarla işləyib. Mişar yerə dəyib və Culianonun ayağına sıçrayaraq onun sağ ayağının iki barmağını - böyük və ikinci barmağını kəsib.
Culiano barmaqlarını yerdən qaldıraraq, onları kağız dəsmala büküb və yardıma gələn tibb işçilərinə verib. Xəstəxanada onun barmaqlarını yerinə tikiblər, amma aktyorun barmaqlarının bitişməsi üçün o, yenidən əməliyyat olunacaq.
"Motorlu mişar iki metr yarım yuxarı qalxıb, yerə dəydi, mişar döşəməni yardı, sonra isə ayağıma düşdü və beləcə mən iki barmağımı itirdim", - deyə aktyor bildirib.
Məlumdur ki, Culiano amansız sağ qalma oyunu olan "Kalmar oyunu" (Squid Game) serialının çəkilişinə görə aldığı qonorarla Pattayada ev alıb. O, üzündə maska və qızılla örtülmüş xələt geyinən amansız sağ qalma oyununun varlı tamaşaçılarından birinin rolunu oynayıb. Daha sonra o bu geyimi hərracda satıb.


Mənbə: gazeta.ru / oxu.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var