Kamran Həsənli: "Space" təkcə Azərbaycan xalqı üçün yox, televiziya tariximiz üçün qara ləkədir"

Kamran Həsənli: "Space" təkcə Azərbaycan xalqı üçün yox, televiziya tariximiz üçün qara ləkədir""Bu düşüncəylə yaşayıb, pul qazanmalıyam. Korrupsiya bilmirəm, oğurluğu bacarmıram. Bizim televiziyanın konseptində istədiyin verilişi edə bilməzsən. Son 5 ildə televiziyamız elə hala düşüb ki, oradan qaçmaq lazımdır və mən də qaçdım. Bizə atalar öyrədib ki, ər arvadından danışmaz, giley etməz. Bu bizim mənəvi, ənənəvi onurğa sütunumuzdur. Bunu dağıdan millətin düşmənidir. Deyirlər, həyətdə arvadı çağıranda adını belə çəkmə. Dostlar yanında oturanda arvaddan danışmaq olmaz. Veriliş açırlar ər gəlir arvaddan danışır, arvad kişidən şikayət edir. Bu nə deməkdir? Bizim mənəvi sütunumuzu televiziya vasitəsilə sındırdılar".
Open.az xəbər verir ki, bu sözləri aparıcı Kamran Həsənli Murad Arifin "Popumuz var" layihəsində deyib. O, efirdə ailə-məişət mövzularına həsr edilən proqramları tənqid edib.
K.Həsənli bildirib ki, telekanallarda vəziyyət getdikcə pisləşir:
"Azərbaycan televiziyasına rüşvət, intellektə düşmənlik, yalançı reytinq girdi. İnsanlarımız televiziyalarımıza nifrət edir. Bu da faciədir... Hər gün "Space"lə savaşım olub. Mənə deyirlər ki, tamaşaçı intellektual verilişə baxmır. Dedim ki, çıxacam "Youtube"da videolar qoyacam, siz də görəcəksiniz. Televiziyada dəyişiklər görmürəm. Dekorativ dəyişikliklər var, mahiyyət yox. Kanalı yandıran kimi görürsən ki, həmin telekanaldır. Bayağılıq və tərbiyəsizliyin azalması dəyişiklik deyil.
"Sizin saat" aparırdım, heç kim demirdi niyə bunu danışdın? Bizim vaxtımızda Eldar Namazov, Etibar Babayev rəhbərim olub. Allah onlara can sağlığı versin. Amma Vaqif Mustafayev deyir, hətta deyir, bunu belə edəcəksiniz. İndi gördüyünüz "Space" onun düşüncəsidir. "Sizin saat" başladı, tutdu və yenidən bağlandı. Mən televiziyaçıyam, orada uğur qazanmışam, sosial şəbəkəyə gəlməməli idim.
"Onda başladıq" efirə getdi, Aqil Abbas mənə zəng vurdu ki, əladır, amma bağlanacaq. Millət vəkilləri oturub baxırdı, qonaq gəlirdi, bu, "Space"in arzusu idi. İki həftə sonra dedi ki, orada cazdan danışmayın. Orada rəqs, mahnı olmalıdır. Vaqif Mustafazadəyə veriliş həsr etdim, səhər yuxudan oyanıb efirə kimlər gəldi. Musiqiçilər çox vaxt səhər yuxudan dura bilmir. Bizdə iclasda savaş çıxdı, ətraflı danışmıram. Qırğın oldu. Vaqif Mustafayev caza nifrət edir. O, hind filmini nümayiş etdirir. Elə bilir ki, camaat hələ də hind filminə baxır.
"Space" təkcə Azərbaycan xalqı üçün yox, televiziya tariximiz üçün qara ləkədir. Elə telekanal ola bilməz.
Sənə baxıb səni söyürlərsə, üzünə tüpürürlərsə, bu, reytinq deyil. Kanallarda janr var, bizdə hamısı eynidir. Müğənni buradan çıxıb, eyni geyimdə gedir başqa kanala. Azərbaycanda ilk canlı efiri mən yaratdım, buna görə də özümə söyürəm. Məni efirdən çıxardıblar, amma ideyam hələ də gedir. İndi divanı qoyub, oxumaq qalıb?". (Axşam.az)
Kamran Həsənli: "Space" təkcə Azərbaycan xalqı üçün yox, televiziya tariximiz üçün qara ləkədir"

Şou Biznes       Tarix: 22 sentyabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a


azerbaycan xeberleri yeni xeberler son xeberler enson xeberler cebheden xeber xəbər.az şou biznes xəbərləri