Kanada 33 rusiyalı məmura qarşı sanksiya TƏTBİQ ETDİ
Kanada insan hüquqlarının pozulmasına görə Rusiya, İran və Myanmaya qarşı sanksiyalar tətbiq edib.
KONKRET.az xəbər verir ki, Reuters agentliyi bu barədə Kanadanın Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.
Sanksiyalara Ukraynaya hərbi təcavüzün əleyhinə olan rusiyalılara qarşı insan hüquqlarının sistematik pozulmasında ittiham olunan Rusiyanın 33 yüksək vəzifəli məmuru və altı təşkilatı daxil edilib.
Kanada, eyni zamanda, İranda 22 nəfərə, o cümlədən məhkəmə və penitensiar sistemlərin yüksək vəzifəli şəxslərinə, hüquq-mühafizə orqanlarının və dövlət mediasının bəzi xadimlərinə, həmçinin İran İslam Respublikasının ali dini lideri Əli Xameneyinin müşavirləri də daxil olmaqla, siyasi dairələrin bir sıra nümayəndələrinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
Ottavanın sanksiyalar siyahısına Myanmanın hərbi orqanları ilə əlaqəsi olan və hərbçilərin zorakılığına şərait yaradan 12 fiziki və üç hüquqi şəxs də daxil edilib.//AZƏRTAC
Kurslar.az kurslar [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim