Kanada azərbaycanlıları ölkənin yeni xarici işlər naziri ilə Qarabağı müzakirə etdilər

Kanada azərbaycanlıları ölkənin yeni xarici işlər naziri ilə Qarabağı müzakirə etdilərKanada azərbaycanlıları ölkənin yeni xarici işlər naziri ilə Qarabağı müzakirə etdilər
Aprelin 23-də Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Torontoda Kanadanın Xarici İşlər naziri Mark Qarno ilə görüşüblər. Görüş KAŞ-ın təşəbbüsü ilə baş tutub və videokonfrans formatında keçirilib.
Görüş zamanı M. Qarnoya ötən ilin sentyabr-noyabr aylarında baş vermiş Vətən müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və hərbi əməliyyatların dayandırılmasından sonrakı vəziyyətlə əlaqədar məlumat verilib. 
Qeyd edilib ki, 30 ilə yaxın davam edən işğal müddətində Azərbaycanın bir çox şəhər və kəndləri, o ərazilərdə yaşamış əhalinin əmlakı Ermənistan tərəfindən talan edilmiş və dağıdılıb. Bu ərazilərdən məcburi surətdə köçürülmüş 800 minədək azərbaycanlı hazırda geriyə qayıtmaq niyyətindədir və Azərbaycan bu istiqamətdə lazımi hazırlıq işlərini görməkdədir. 
Lakin Ermənistan ordusu tərəfindən vaxtilə basdırılmış minalar mülki əhalinin geriyə qayıtmasını çətinləşdirir və ötən müddət ərzində 20-dən artıq şəxs mina partlayışından həyatını itirib, 80-ə yaxın şəxs yaralanıb. Ermənistan tərəfi isə minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina edir. 
Qeyd edilənləri nəzərə alaraq, Kanada hökuməti minaların təmizlənməsi işində Azərbaycana dəstək olmalı və Ermənistandan minalanmış ərazilərin xəritələrini verməyi tələb etməlidir. 
M. Qarno deyilən fikirləri diqqətlə dinləyib və baş vermiş hərbi əməliyyatlar və eləcə də müharibədən sonrakı vəziyyət ilə əlaqədar tam məlumatlı olduğunu bildirib. O, KAŞ-ın bu sahədə fəaliyyətindən xəbərdar olduğunu və qaldırılan məsələlərin vacibliyini vurğulayıb. Nazir qeyd edib ki, sözügedən məsələlər onun rəhbərlik etdiyi qurumun diqqətindədir və Kanada Xarici İşlər Nazirliyi bu məsələ barədə qərarlar qəbul etmək üçün çalışdıqlarını bildirib.
Görüşdə KAŞ-ın İdarə Heyətinin üzvləri və Edmonton, Kalqari və Torontodan olan fəalları iştirak ediblər. 
KAŞ Kanadanın Azərbaycan əsilli əhalisini narahat edən məsələlər barədə bu günədək Kanada parlamentinin üzvləri və senatorlar, əyalət parlamentinin üzvləri və yerli hökumət nümayəndələri ilə sıx təmasda olub və intensiv görüşlər keçirib.  /oxu.az

Siyasi       Tarix: 28 aprel 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta bugun xeberler şou biznes xəbərləri cəbhədən son dəqiqə