Kanada Rusiya şahmatçılarına viza vermir – Turnir ləğv olunacaq?
Kanada aprelin 3-dən aprelin 22-dək Torontoda keçirilməsi planlaşdırılan ilin əsas şahmat turnirinə Rusiyanın və daha üç ölkənin qrossmeysterlərini buraxmır.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bununla bağlı Beynəlxalq Şahmat Federasiyası (FIDE) təşkilatçılara ultimatum verib: ya bütün məsələlər təcili həll olunmalıdır, ya da iddiaçıların turniri başqa ölkədə keçiriləcək.
Rusiya tərəfi bunu "misli görünməmiş qalmaqal" və "dərəbəylik" adlandırıblar. Onların fikrincə, turnirin təşkilatçılarının dünyanın ən yaxşı şahmatçılarının ilin əsas yarışında iştirakı üçün viza məsələlərini həll edə bilməməsi FİDE-nin səhvidir. FİDE bu turniri Kanadaya verməməli idi.
Kanada Şahmat Federasiyasının rəhbəri Vladimir Drkulets bildirib ki, rusiyalı qrossmeysterlər Yan Nepomnyaşi, Aleksandra Qoryaçkina və Yekaterina Laqno, eləcə də Hindistandan olan şahmatçılar hələ də lazımi vizanı almayıblar. Daha iki ölkənin adı çəkilmir, lakin onların Çin və Azərbaycan olduğu güman edilir.
Bu turnirdə iştirak edən 16 iştirakçıdan (səkkiz kişi və səkkiz qadın) 11 nəfərdə viza problemi yaranıb və komanda üzvləri ilə birlikdə bu rəqəm 40 nəfəri keçir. Beş gündən sonra Kanadanın bu turnirə ev sahibliyi edib-etməyəcəyi bəlli olacaq.
Xatirə SADİQ,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi